Ukraynalı müğənni Ani Lorak Rusiya vətəndaşlığı alıb.
Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” ona yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, müğənninin pasportu iyunun 9-da verilib:
“Karolina Kuek Rusiya vətəndaşı olub və əsl adını – Karolinanı saxlayıb”.
Qeyd edək ki, Lorak 2024-cü ilin martında Rusiya vətəndaşlığı üçün müraciət etmişdi.


















