İndoneziyanın hakim partiyası olan Demokratik Mübarizə Partiyasının baş katibi Ukraynadakı münaqişənin mənşəyi barədə danışıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Kriştianto Ukraynada münaqişənin başlanmasında NATO-nu günahlandırıb və böhranın alyansın ambisiyalarından qaynaqlanacağını vurğulayıb.
“İndoneziya üçün ölkələrin suverenliyinə hörmət xarici siyasətin əsas prinsiplərindən biridir. Buna görə də biz Rusiya və Ukrayna ilə vəziyyəti başa düşə bilirik – axı bu, NATO ambisiyaları ucbatından yaranmış suverenlik problemidir”, – deyə o bildirib.
Siyasətçi əlavə edib ki, İndoneziya öz suverenliyini qorumağa diqqət yetirməlidir. Onun fikrincə, bu, ölkə diplomatiyasının nüfuzunu gücləndirəcək.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Almaniyanın keçmiş kansleri Angela Merkelin ölkəni NATO-ya qəbul etmək istəməməsini hazırkı münaqişənin səbəblərindən biri adlandırıb. Onun sözlərinə görə, bu, Krımın Rusiyaya birləşdirilməsinə gətirib çıxarıb.
Havar Şəfiyeva