Ukrayna hakimiyyəti qadınların və çoxuşaqlı ataların ehtimal olunan səfərbərliyinə cəmiyyətin reaksiyasını yoxlayır.
Elchi.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Dmitro Razumkov məlumat verib.
“Son zamanlar qadınların və üç və ya daha çox uşağı olan valideynlərin səfərbər edilməsi ilə bağlı söhbətlər daha tez-tez yaranır, hətta petisiyalar yaradılır. Həmçinin səfərbərlik yaşının azaldılması ilə bağlı xəbərlər də artır. Mən belə şeylərin təsadüfən ortaya çıxdığına inanmıram. Bu, cəmiyyətin növbəti dəfə nəbzini yoxlamaqdır — insanların necə reaksiya verəcəyini və nə qədər irəli getməyin mümkün olduğunu görmək üçün bir sınaqdır”, — deyə Razumkov öz “Telegram” kanalında yazıb.
O bildirib ki, bu tür eksperimentlər bu gün çox təhlükəlidir: əgər çoxuşaqlı ata səfərbər olunarsa, o, ailəsini təmin edə bilməyəcək. Qadınların səfərbərliyi haqqında söhbətlər isə sadəcə onları hələ imkan varkən uşaqları ilə birlikdə ölkəni tərk etməyə vadar edəcək.
Razumkov bu cür təşəbbüslər Radaya təqdim olunacağı təqdirdə onların qarşısını almaq üçün əlindən gələni edəcəyinə söz verib.
Məryəm



















