Venesuela hökuməti və müxalifət Nikolas Maduronun devrilməsindən sonra siyasi keçidlə bağlı danışıqların birinci raundunu başa vurublar.
Elchi.az xəbər verir ki, tərəflər məhkəmə islahatlarına başlamaq və zəlzələlərdən sonra ölkənin bərpasını maliyyələşdirmək üçün İngiltərə Bankında dondurulmuş Venesuela aktivlərinə çıxış əldə etməyə birgə səy göstərmək barədə razılığa gəliblər.
Həmçinin tərəflər vəsaitlərin istifadəsi üzərində şəffaf nəzarətin tərəfdarı kimi çıxış ediblər. Bununla belə, mübahisəli seçkilərdə Maduronun qələbəsini tanıyan Milli Seçki Şurasının islahatı məsələsi yekun sənəddə qeyd olunmur.
Müxalifət danışıqların yekunda demokratik seçkilərin keçirilməsinə gətirib çıxaracağına ümid edir. Müxalifət lideri Mariya Korina Maçado danışıqlarda iştirak etməyib, lakin prosesə mane olmayacağını bəyan edib.
Məryəm





















