Ukrayna prezidenti Vladimir Zelenski ölkədə 4,5 milyon insanın işıqsız qaldığını bildirib.
Rusiyanın enerji infrastrukturlarına hücumlarını “enerji terroru” kimi xarakterizə edən Zelenski, “Bu hücumlar düşmənimizin zəifliyini göstərir. Bizi döyüş meydanında məğlub edə bilmədiklərinə görə xalqımızı belə məğlub etməyə çalışırlar” dedi.
Son həftələr Rusiya Ukraynadakı elektrik obyektlərinə pilotsuz təyyarə və raket hücumlarını gücləndirib. Son həftələr Rusiya Ukraynadakı elektrik stansiyalarına pilotsuz təyyarə və raket hücumlarını intensivləşdirib.
Elchi.az xəbər verir ki, Zelenski bildirib ki, cəmi üç ay ərzində ölkədəki elektrik stansiyalarının üçdə biri məhv edilib.
Ukrayna hökuməti əhalini elektrik enerjisindən istifadədə qənaətcil olmağa çağırır.
Rusiya Müdafiə Nazirliyi də Ukraynanın enerji infrastrukturunu hədəf aldığını təsdiqləyib.
Şayəstə