Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Rusiya ilə müharibənin davam etdiyi Ukraynada 10 min 500-dən çox mülki şəxsin öldüyünü, 20 mindən çox insanın isə yaralandığını qeyd edib.
Elchi.az xəbər verir ki, Türk, BMT İnsan Haqları Şurasının 55-ci Sessiyası çərçivəsində “Ukraynada insan haqları” başlığı altında dərc olunan BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) hesabatı ilə bağlı interaktiv dialoq toplantısı keçirilib.
Yığıncaqda video mesajı yayılan Türk, Ukraynada hər gün yaşanan insan iztirabları ilə bağlı ürəkağrıdan hekayələr eşitdiklərini qeyd edərək, “Qorxuram ki, dünya bu böhrana uyuşdu” deyib.
2022-ci ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsinin iki ili geridə qoyduğunu xatırladan Türk, bu prosesin böyük ağrı və itkilərlə keçdiyini bildirib.
Ukraynada 10 min 500-dən çox mülki şəxsin öldürüldüyünü, 20 mindən çoxunun isə yaralandığını bildirən Türk, real rəqəmlərin daha çox ola biləcəyini bildirib.
Türk, ötən həftədən etibarən Ukrayna daxilində qarşıdurmaların artdığını və ukraynalı uşaqların öz dillərində təhsil almaq hüququndan məhrum edildiyini vurğulayıb.
Şayəstə Hüseynova