Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 1263 tankı, 3090 zirehli döyüş maşını, 596 artilleriya sistemi, 200 reaktiv yaylım atəşi sistemi, 93 havadan müdafiə sistemi, 204 hərbi təyyarəsi, 168 helikopteri, 2162 avtomobil texnikası və yanacaq çəni, 13 gəmi/kateri, 460 dronu, 43 xüsusi avadanlığı, 103 qanadlı raketi məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya tərəfinin təxminən 28 700-ə qədər canlı qüvvəsini itirdiyini bəyan edib.
İtaliyada reyd: Maltaya daşınan 377 nadir heyvan xilas edildi
İtalyan hüquq-mühafizə orqanları vəhşi heyvanların qanunsuz ticarəti üzrə iri əməliyyatın qarşısını alıblar. Elchi.az xəbər verir ki, Siciliyadakı Pozzallo limanında Maliyyə...





















Son şərhlər