Ukrayna Rusiya ərazisinə zərbə endirdi

30

Rusiyanın Belqorod vilayətinin şərqində yerləşən Krasnoqvardeysk rayonunda hava hücumundan müdafiə sistemləri işə düşüb.

Elchi.az xəbər verir ki, bu barədə Belqorod regional operativ qərargahından məlumat verilib.

“Krasnoqvardeysk rayonu üzərində hava hücumundan müdafiə sistemlərimiz işə düşüb. İlkin məlumata görə, dağıntı və tələfat qeydə alınmayıb. Operativ xidmətlər hazırda ərazini yoxlayırlar”, – məlumatda qeyd olunub.