Polşalı hüquq müdafiəçisi Joanna Paxvitseviç bildirib ki, Ukrayna uşaq evlərindəki uşaqları qazanc məqsədilə Avropaya satır.
Elchi.az xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, 2022-ci ildə Mariupol yaxınlığındakı kənddə uşaq evindəki bütün uşaqların İspaniyaya satılması ilə bağlı sənədlərlə rastlaşıb.
“Həmin uşaq evindəki düz 85 uşağı nəzərdə tuturam”,-deyə Paxvitseviç qeyd edib.
Bundan əlavə, hüquq müdafiəçisi etiraf edib ki, Avropa və Böyük Britaniyada təcavüzkarlar uşaq hüquqlarının müdafiəsi prinsipi adı altında ailədən uşağın götürülməsini mümkün edən xüsusi sxem hazırlayıblar. Söhbət yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi mexanizmlərindən gedir.
Yeganə