"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Ukrayna kredit böhranı ilə bağlı qəti qərar verdi: Bəs, Azərbaycan…

07 İyul 2015 - 18:21
in İQTİSADİYYAT
FacebookVatsap

Ukrayna kredit böhranı ilə bağlı qəti qərar verdi: Bəs, Azərbaycan...

Bunu da oxuyun

8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

Bu günün valyuta məzənnələri

Yerli ekspertlərə görə, Azərbaycan hökuməti də bu addımı ata bilərdi, ancaq…

Ukrayna Ali Radası xarici valyuta ilə götürülən kreditlərlə bağlı qanun layihəsi qəbul edib. Qanun layihəsi istehlak kreditləri götürən fiziki şəxslərin üzləşdiyi problemlərin həlli mexanizmini nəzərdə tutur.
Qanunvericilər belə nəticəyə gəliblər ki, milli valyutanın stabilliyini qoruyub, saxlaya bilməməsinə görə məsuliyyət dövlətin üzərindədir. Ona görə də, dövlət bu məsuliyyəti nəzərə alaraq, əhaliyə yardım etməlidir. Ukraynada vaxtilə dollar və digər xarici valyuta ilə kredit götürmüş vətəndaşlar banka ödənişi həmin valyutanın devalvasiyadan sonrakı məzənnəsinə yox, kreditin götürüldüyü vaxtdakı məzənnəyə uyğun ödəyəcəklər.
Əksər yerli ekspertlər isə bildirirlər ki, Azərbaycan hökuməti də belə addım ata bilərdi. Amma hökumət əhalinin mənafeyini güdməyə ehtiyac duymadı.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda bunun olacağı mümkün görünmür: “Bir şərtlə mümkün olardı ki, bankların ziyanını dövlət ödəsin. İndiki durumda inanmıram ki, hökumət büdcəyə əlavə yük götürsün. Ancaq ölkədə problemli kreditlərin həcmi aybaay artır. Bunun fonunda hökumət kreditlərlə bağlı müəyyən addımlar atmağa məcbur olacaq. Çünki problemli kreditlərin həcmi durmadan artır. Yanvar ayının 1-nə olan məlumat 1 milyarda çatmırdısa, indi məbləğ 1,3 milyardı keçib. Bunun da böyük əksəriyyəti devalvasiyadan – dolların məzənnəsinin 34-35 faiz artmasından sonra yaranıb. Dollarla kreditlərin geri qaytarılması problem yaradıb. Əhalinin gəlirləri artmayıb, əksinə azalıb. Ona görə də, problemli kreditlərin həcmi də getdikcə artacaq. İlin sonuna qədər iki milyard manata çatması gözlənilir. Çox güman ki, belə də olacaq”.
Ekspert onu da bildirib ki, bundan sonra artıq bank sektorunda ciddi problemlər və təlatümlər yaşanacaq:“Çünki bankların böyük əksəriyyətinin onsuz da vəziyyəti o qədər də yaxşı deyil. Hətta nüfuzlu beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının vəziyyətinin çox ağır olduğu haqqında bu yaxınlarda hesabatlar yayıblar. Yəni onsuz da banklarda vəziyyət ağırdır, problemli kreditlərin artması bankların bir hissəsinin çökməsinə və yaxud da müflis olmasına səbəb ola bilər. Onda hökumət məcburən olaylara müdaxilə etməyə məcbur olacaq. Bu da daha ağır olacaq və dövlət büdcəsinə daha baha başa gələcək. Ona görə də, düşünürəm ki, hökumət nə qədər bu problemi görməzdən gəlsə də, nə qədər topu Konstitusiya Məhkəməsinin üzərinə atıb, onun verdiyi qərarla bankları yönləndirməyə çalışsa da, vəziyyət ciddidir. Hamımız bilirik ki, Konstitusiya Məhkəməsi bu qərarı hökumətlə təmas şəklində verib. Yəni burada tək hüquqi məsələdən söhbət getmir. Ona görə də, hökumət nə qədər bu problemləri ertələməyə çalışsa da, düşünürəm ki, ilin sonuna yaxın artıq məcburən bəzi addımlı olacaq. Çünki problemli kreditlərin həcminin artması bütün bank sisteminə ciddi təhlükə törədir. Ümumiyyətlə, bu, makroiqtisadi göstəricilərə ciddi təsir göstərir. Hökumət bütün bunları nəzərə alsa, yaxşı olardı və düşünüb, bir proqram şəklində bu məsələyə yanaşmaq lazımdır. Həm kredit verən bankların, həm vətəndaşların mənafeyini uzlaşdıra biləcək bir qərara ehtiyac var. Belə olsa, bank sistemində gələcəkdə yaşanacaq ciddi təlatümlərin qarşısını almaq mümkün olacaq. Yəni problemləri görməzdən gəlməkdə davam edilsə, vəziyyət daha da pisləşəcək. Bu proses davamlı şəkildə gedir. Onda ilin sonunda bank sektorunda ciddi problemlərin yaşanmasının şahidi olacağıq”.

 

Previous Post

Ukrayna kredit böhranı ilə bağlı qəti qərar verdi: Bəs, Azərbaycan…

Next Post

Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını məhv edib – FOTO

Bənzər yazılar

8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

04 Sentyabr 2026 - 16:07

2026-cı ilin yanvar – avqust ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard 619,1 milyon...

Səudiyyə Ərəbistanı Asiya bazarı üçün neftin qiymətini endirdi

Azərbaycan neftinin qiyməti 105 dollara yaxınlaşıb

04 Sentyabr 2026 - 10:35

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,02 dollar...

Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 Sentyabr 2026 - 09:41

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, sentyabrın 4-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1.7000 manat, Türkiyə...

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş ucuzlaşıb

04 Sentyabr 2026 - 09:33

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,43% azalaraq 4520.4 ABŞ dollarına bərabər olub. Elchi.az birja məlumatlarına istinadən xəbər...

Next Post

Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını məhv edib - FOTO

Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin daha bir pilotsuz uçan aparatını məhv edib - FOTO

Son xəbərlər

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

Nepaldakı daşqın qurbanlarının sayı təxminən 1,3 min nəfərə çatıb

04 Sentyabr 2026 - 18:22
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir

04 Sentyabr 2026 - 17:59
Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

Məleykə Abbaszadə: Bu il cəmi 1393 plan yeri boş qalıb

04 Sentyabr 2026 - 17:47
Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

Tərtərdə toydan gələn maşın qəzaya düşdü – FOTO

04 Sentyabr 2026 - 17:37
2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

2025-ci ildə dünyada milyarderlərin sayı 8,2% artıb

04 Sentyabr 2026 - 17:25
Vitkoff və Kuşner bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər

Vitkoff və Kuşner bu həftə sonu Moskva və Kiyevə səfər edəcəklər

04 Sentyabr 2026 - 17:18
Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib

Casusluq formasında dövlətə xəyanətdə təqsirləndirilən 4 nəfər barəsində qərar verilib

04 Sentyabr 2026 - 17:09
İspaniyada tarixi göstərici: Sentyabrda rekord 45,7 dərəcə isti qeydə alınıb

İspaniyada tarixi göstərici: Sentyabrda rekord 45,7 dərəcə isti qeydə alınıb

04 Sentyabr 2026 - 16:58
Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

Azərbaycanı U-15 Avropa çempionatında təmsil edəcək boksçular bəlli olub

04 Sentyabr 2026 - 16:45
Ağ Evin saytında miqrasiya siyasətinə həsr olunmuş onlayn oyunlar yerləşdirilib

Ağ Evin saytında miqrasiya siyasətinə həsr olunmuş onlayn oyunlar yerləşdirilib

04 Sentyabr 2026 - 16:41
Baş prokuror Yasamalda 65 vətəndaşı qəbul etdi – FOTO

Baş prokuror Yasamalda 65 vətəndaşı qəbul etdi – FOTO

04 Sentyabr 2026 - 16:33
David Seliverstovun aldadıb 90 min aldığı şəxslər danışdı

David Seliverstovun aldadıb 90 min aldığı şəxslər danışdı

04 Sentyabr 2026 - 16:29
Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri ilə telefon danışığı aparıb

04 Sentyabr 2026 - 16:15
8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

8 ayda vergi daxilolmaları proqnozu 900 mln. manatdan çox üstələyib

04 Sentyabr 2026 - 16:07
NASA Mars roverləri üçün plansız qaldı

NASA Mars roverləri üçün plansız qaldı

04 Sentyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.