İsveçrə Federal Şurası üçüncü ölkələr tərəfindən Ukraynaya silahların təkrar ixracına qoyulan qadağanın saxlanılması barədə qərar qəbul edib. Elchi.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytındakı press-relizdə deyilir.
Sənəddə bildirilir ki, parlament “İsveçrənin təmsil etdiyi dəyərləri, neytrallığı, humanitar yardım göstərməkdə ənənəvi istəyi, habelə ölkənin beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına sadiqliyi” əsasında müvafiq qərar qəbul edib.
Havar Şəfiyeva