Ukrayna Baş Qərargah rəisi “Oleksandr Syrskyi” Donetsk vilayətinin Avdiyivka şəhərindən qoşunların çıxarılmasına qərar verdiklərini açıqlayıb.
Elchi.az xəbər verir ki , “Oleksandr Syrskyi”sosial media hesabından verdiyi açıqlamada, Avdiyivka ətrafında yaranmış əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək və əsgərlərin həyatını qorumaq üçün qoşunları şəhərdən çıxarmaq və daha əlverişli mövqeləri müdafiə etmək üçün hərəkətə keçməyə qərar verdiyini bildirib.
Ukrayna əsgərlərinin üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdiyini qeyd edən Syrskyi, “Əsgərlərimiz ən yaxşı rus qoşunlarını məhv etmək üçün əllərindən gələni etdilər və düşmənə əsgər və texnika baxımından əhəmiyyətli itkilər verdilər. Vəziyyəti sabitləşdirmək və mövqeləri qorumaq üçün tədbirlər görürük. Əsgərlərimizin həyatı ən yüksək dəyərdir.” “Avdiyivkanı geri alacağıq”,-deyib.
Nuranə Məmmədova