ABŞ-ın keçmiş prezidenti Donald Tramp və onun şirkətləri Nyu-Yorkda mülki fırıldaqçılıq işi üzrə təqribən 355 milyon dollar ödəməyə məhkum edilib.
Elchi.az bu barədə AFP-yə istinadən xəbər verir.
Nyu-York hakimi Donald Trampa fırıldaqçılıq iddialarına görə 355 milyon dollar ödəməyə qərar verdi və ona üç il müddətinə ştatda şirkət idarə etməyi qadağan etdi, bu da biznes vəziyyətinə böyük zərbə vurdu. Noyabrda Respublikaçılar Partiyasından prezidentliyə namizəd olacağı dəqiq olan Tramp sərvətini qanunsuz olaraq şişirtməkdə və əlverişli bank kreditləri və ya sığorta şərtləri əldə etmək üçün əmlaklarının dəyərini manipulyasiya etməkdə təqsirli bilinib.
Nuranə Məmmədova