"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Üç qardaş, bir məqsəd 

23 Avqust 2025 - 14:01
in MÖVQE

edcs

FacebookVatsap

Türk dünyasında yeni inteqrasiya platforması

Bunu da oxuyun

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

İsraildə müxalifət Netanyahunu qabaqlayır

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində keçirilən ikitərəfli görüşlər və Azərbaycan, Türkmənistan, Özbəkistan liderlərinin üçtərəfli formatda bir araya gəlməsi, regionun geosiyasi və geoiqtisadi xəritəsinin strateji istiqamətlərinin konturlarının dəqiqləşdirilməsinə və yeni, qarşılıqlı faydalı əməkdaşlıqlara yol açacaq hadisə kimi dəyərləndirilə bilər. 

 

Bugünkü qlobal geosiyasi reallıqlar fonunda Cənubi Qafqaz və Orta Asiyanın qarşılıqlı inteqrasiyası yalnız iqtisadi zərurət deyil, həm də siyasi sabitlik və təhlükəsizlik üçün həlledici şərtdir.
Məlumdur ki, son illər enerji təhlükəsizliyi və logistika marşrutlarının şaxələndirilməsi qlobal gündəmin prioritet mövzusuna çevrilib. Ukrayna ərazisində davam etməkdə olan  müharibə, Rusiya üzərindən keçən marşrutların Moskvanın iqtisadi amillərdən təzyiq mexanizmi kimi faydalanmasından doğan risklər, eləcə də İran üzərindən keçən yolların təhlükəsizlik problemi alternativ dəhlizlərin aktuallığını maksimum dərəcədə artırıb. Bu şəraitdə Azərbaycan, Türkmənistan və Özbəkistanın yaratdığı yeni əməkdaşlıq formatı yalnız iqtisadi əməkdaşlığın üçtərəfli qaydada koordinasiya edilməklə genişləndirilməsi aspektindən deyil, həm də geosiyasi balans baxımından da mühüm əhəmiyyətə malikdir. Bu, ilk növbədə Orta Dəhlizin, yəni Çin-Orta Asiya-Xəzər hövzəsi-Cənubi Qafqaz-Türkiyə-Avropa marşrutunun strateji gücləndirilməsi ilə bağlıdır. Hazırda sözügedən dəhliz üzrə daşınan yükün həcmi təxminən 10 milyon ton civarındadır, lakin qəbul olunan qərarlar və həyata keçirilən infrastruktur layihələri bu rəqəmi 2030-cu ilə qədər 50 milyon tona qədər artırmağı hədəfləyir. Bu, sadəcə rəqəm deyil, Avrasiyanın yeni ticarət arteriyası deməkdir.

 

Azərbaycanın bu prosesdəki rolu isə birləşdirici, stimullaşdırıcı faktor olmaqla yanaşı, özünü çoxsaylı komponentlərlə büruzə verən liderlik xarakteri daşıyır. Bakı uzun müddətdir ki, Orta Dəhlizin inkişafı üçün ciddi investisiyalar yatırır: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və təbii ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində göstərilən səylər bu strategiyanın tərkib hissəsidir. Türkmənistan və Özbəkistanın bu prosesə da fəal qoşulması isə dəhlizin imkanlarını qat-qat artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatlarından biri olmaqla yanaşı, Çin bazarına birbaşa çıxışı olan strateji mövqedə yerləşir. Türkmənistan isə Xəzər vasitəsilə yüklərin daşınması üçün vacib tranzit mərkəzidir və böyük enerji ehtiyatlarına malikdir. Bu üçlük təkcə logistika deyil, həm də enerji inteqrasiyası baxımından bir-birini tamamlayan mexanizm yaratmaq potensialına malik ölkələrdir.

 

Şübhəsiz ki, hazırda regionda və dünyada nəqliyyat yollarının təhlükəsizliyi ilə yanaşı enerji sahəsində də etibarlı əməkdaşlıq həyati əhəmiyyət kəsb edir. Məlumdur ki, Türkmənistan dünyanın ən iri qaz ehtiyatlarına sahib olan ölkələrdən biridir. Türkmən qazının Avropa bazarına çıxarılması isə, həm Avropa İttifaqının enerji təhlükəsizliyi, həm də Türkmənistanın ixrac imkanlarının genişlənməsi, ixrac marşrutlarının təhlükəsiz bir şəkildə diversifikasiyası baxımından həyati əhəmiyyət kəsb edir. Hazırda həm ötürücülük, həm də təhlükəsizlik baxımından ən ideal və ən rentabelli marşrut Azərbaycan üzərindən keçir. Mövcud Cənub Qaz Dəhlizi infrastrukturu kifayət qədər cidd inteqrasiya imkanlarına malikdir, lakin bunun üçün əlavə interkonnektorlar, kompressor stansiyaları və logistika həlləri tələb olunur. Bununla yanaşı, elektrik enerjisi sahəsində də üçtərəfli əməkdaşlıq perspektivləri böyükdür. Xəzər dənizində külək enerjisi layihələri, bərpa olunan enerji texnologiyalarının tətbiqi və “yaşıl enerji”nin Avropaya ixracı məsələsi, artıq uzun müddətdir ki, gündəmdədir və bu istiqamətdə davamlı işlər görülür. Azərbaycanın yaşıl enerji sahəsində imzaladığı müqavilələr və gerçəkləşdirdiyi layihələr isə Türkmənistan və Özbəkistan üçün də yeni imkanlar yaradır.

 

Burada diqqət yetirilməli başqa bir strateji məqam, reallığa çevrilməkdə olan Zəngəzur dəhlizinin (TRİPP – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”) potensialı ilə bağlıdır. Bu marşrut Orta Dəhlizin mühüm tamamlayıcısı kimi çıxış edir. Zəngəzur dəhlizinin açılması ilə Orta Asiyadan gələn yüklərin Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropaya daşınması mümkün olacaq. Bu, Azərbaycanın tranzit mövqeyini daha da möhkəmləndirəcək və regionu beynəlxalq logistika sistemində əsas oyunçulardan birinə çevirəcək. Əgər Orta Dəhliz Avrasiyanın magistralıdırsa, Zəngəzur onun strateji yan qolu kimi çıxış edir. Bu iki dəhlizin sinerjisi yalnız iqtisadi fayda verməyəcək, həm də regional sabitlik və əməkdaşlıq üçün fundamental baza yaradacaq.

 

Üçtərəfli formatın ən mühüm geosiyasi nəticələrindən biri isə, onun praktik mənada Türk Dövlətləri Təşkilatının perspektivinə göstərəcəyi təsirlə bağlıdır. Əslində, Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığı TDT-nin inteqrasiyasının ikitərəfli, üçtərəfli formatlarda praktiki platformaya keçidinin, TDT-yə üzv dövlətlər arasında fərqli model və formatlarda əməkdaşlığa imkan yaradan strategiyanın bariz nümunəsi hesab oluna bilər. TDT, sadəcə bəyanatlardan və zirvə görüşlərindən ibarət siyasi birlik modeli deyil, konkret iqtisadi layihələr, nəqliyyat və enerji marşrutları ilə reallığa çevrilən vahid güc mərkəzidir.

 

Türkmənistanın TDT-də müşahidəçi statusu olsa da, qardaş ölkənin bu formatda iştirakı təşkilatın gələcəkdə tamhüquqlu iqtisadi blok kimi formalaşması üçün əlverişli zəmin yaradır. Bu, həm də Türk dünyasının Avrasiyada artan rolunu təsdiqləyir. Çünki Orta Dəhliz yalnız iqtisadi deyil, həm də siyasi inteqrasiya alətidir və onun güclənməsi Türk dövlətlərinin birliyinin praktiki əsasını möhkəmləndirir.

 

Bu kontekstdə Qərbin və Çinin maraqları da nəzərdən qaçmamalıdır. Avropa İttifaqı Orta Dəhlizi resurs və kommunikasiya imkanlarını neoimperialist iddialarının təzyiq alətinə çevirən Rusiyanın dominant rol aldığı marşrutlara təhlükəsiz alternativ kimi görür və buna görə də dəhlizin infrastrukturuna maliyyə dəstəyi göstərməyə hazırdır. Çin isə öz “Bir Kəmər, Bir Yol” təşəbbüsünün davamlılığı üçün bu marşruta böyük ehtiyac duyur. Deməli, Orta Dəhliz həm Qərb, həm də Çin üçün strateji əhəmiyyətə malikdir. Bu isə Azərbaycan, Türkmənistan və Özbəkistan üçün əlavə üstünlüklər yaradır.
Türkmənistanda keçirilən ikitərəfli və üçtərəfli  görüşlər regionun gələcəyini formalaşdıran strateji hadisədir. Bu əməkdaşlıq modeli yalnız iqtisadi qazanclar deyil, həm də siyasi sabitlik və təhlükəsizlik üçün dayanıqlı baza yaradır. Azərbaycan isə bu prosesdə təkcə tranzit ölkə deyil, həm də təşəbbüskar, koordinasiyaedici lider kimi çıxış edir. Bu, ölkəmizin geosiyasi çəkisini artırmaqla yanaşı, Türk dünyasının inteqrasiyasını da yeni və daha praktik müstəviyə keçirir. Orta Dəhliz və Zəngəzur dəhlizinin inteqrasiyası, enerji və nəqliyyat layihələrinin reallaşdırılması ilə Türk Dövlətləri Təşkilatı artıq iqtisadi güc mərkəzinə çevrilmək yolundadır. Qarşıda hələ çox iş var, amma atılan addımlar, verilən siyasi mesajlar və imzalanan sənədlər göstərir ki, Türk dünyası yalnız tarixi-mədəni bağlarla deyil, həm də güclü iqtisadi damarlarla birləşən, Avrasiyanın yeni strateji güc qütbünə çevrilən reallıqdır. Bu reallığın memarları isə sabitlik, əməkdaşlıq və inkişaf yolunu seçən dövlətlərdir. 
Hazırda verilən qərarlar yalnız cari iqtisadi göstəricilərə və əlaqələrə təsir etmir, eyni zamanda gələcək üçün fundamental çərçivə yaradır. Bu çərçivə üzərində formalaşacaq iqtisadi xəritənin mərkəzində Azərbaycanın dayanması təsadüfi deyil. Enerji resurslarının şaxələndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi və regional inteqrasiya proseslərində aparıcı mövqe Azərbaycanın strateji əhəmiyyətini artırır. Nəticədə, ölkə həm regional, həm də qlobal iqtisadi sistemin ayrılmaz və mühüm halqasına çevrilir.

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

Previous Post

Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək

Next Post

BDYP sürücülərə müraciət etdi

Bənzər yazılar

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

Ərdoğan Səudiyyə Ərəbistanına dəstəyini bəyan edib

13 Oktyabr 2026 - 17:37

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səuda krallığa dəstəyini ifadə edib və husilərin...

Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15

İsraildə oktyabrın 27-nə təyin edilmiş ümumi seçkilər ərəfəsində açıqlanan son rəy sorğusuna əsasən, müxalifət bloku 120 yerlik parlamentdə 67 yer...

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

Lavrov: Zelenskinin dincəlməyə layiq olduğunu düşünmürəm

12 Oktyabr 2026 - 19:11

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski atəşkəs çağırışları ilə yenidən silahlanmaq üçün vaxt qazanmağa...

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47

Kreml Fransanın nüvə başlığı daşıya bilən ballistik raket sınağını Rusiya ilə qarşıdurmaya əsaslanan və dalana dirənən bir strategiya kimi qiymətləndirib....

Next Post

BDYP sürücülərə müraciət etdi

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb

14 Oktyabr 2026 - 18:26
Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

Sinqapurda havanın çirklənmə səviyyəsi rekord həddə çatıb

14 Oktyabr 2026 - 18:19
Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

14 Oktyabr 2026 - 17:57
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 17:51
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

14 Oktyabr 2026 - 17:49
Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

14 Oktyabr 2026 - 17:44
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

14 Oktyabr 2026 - 17:39
Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

14 Oktyabr 2026 - 17:36
Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

14 Oktyabr 2026 - 17:28
Lavrov Bakıya gəldi

Lavrov Bakıya gəldi

14 Oktyabr 2026 - 17:16
Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09
İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

14 Oktyabr 2026 - 16:59

Şavkat Mirziyoyev Bakıya yola düşüb

14 Oktyabr 2026 - 16:53
İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

14 Oktyabr 2026 - 16:47
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 16:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.