"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Türkiyə-İsrail: “One minute” başa çatır – ŞƏRH

21 Dekabr 2015 - 18:24
in DÜNYA, SEÇMƏ XƏBƏRLƏR, SİYASƏT
FacebookVatsap

Yerində sayıb, inadkarlıq etmək isə siyasətdə daha ağır hadisələrlə nəticələnir

Orta Şərqdə bir-biri ilə normal münasibətdə olan iki dövlət tapmaq çətindir. Hətta ərəb dövlətləri arasında da əlaqələr bu səviyyədə deyil. Əks halda, Suriya və İraqda söz sahibi onlar ola bilərdi.

Bununla belə, Orta Şərqdə baş verən hadisələr fonunda 5 ildən sonra Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar yaxşı hal sayıla bilər. Başqa sözlə, nə yaxşı ki, bu münasibətlərin pozulması silahlı münaqişə və başqa bu sayaq məsələlərlə müşayiət olunmadan danışıqlar yolu ilə tənzimlənməkdədir.

Bunu da oxuyun

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

Tərəflər arasında pozulan münasibətlərin bərpasını əks etdirən məsələlərə dair rəsmi imzalanma olmasa da, hadisələrin buna doğru inkişaf etdiyini demək mümkündür.

İki ölkə arasında münasibətlərin pozulması 2010-cu ildə olsa da, onun təməli bir il öncə, 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində “Qəzza: Orta Şərqdə sülh” mövzusunda keçirilən tədbirdə qoyulub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail dövlətinin prezidenti Şimon Peresi fələstinlilərin haqqına münasibətdə obyektiv olmamaqda qınayaraq, “one minute” (“bir dəqiqə”) deyərək sözünü kəşmişdi.

Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşandı. Münasibətlərdə ziddiyyətin zirvəsi 2010-cu il mayın 31-də oldu. Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçiləri basqın etdi. Həmin əməliyyat nəticəsində Türkiyənin 9 vətəndaşı həyatını itirdi və s.Ancaq münasibətlərin kəskinləşməsinin əsas səbəbi heç də bu deyildi. Bu hadisələrdən öncə Türkiyə İsraili terrorçu PKK-ya informasiya əldə etmək üçün avadanlıq və bu kimi qurğuları verməkdə, hətta məlumat ötürməkdə suçladı. Əks tərəf də Türkiyəni “Həmas”la əlaqə saxlamaqda günahlandırmağa başladı.

Münasibətlərin bərpası üçün Türkiyə tərəfi 3 şərt irəli sürdü. Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında münasibətlərin normallaşması üçün həmin şərtləri yenidən təkrar edib: “Biz onların üzr istəmələrini istədik. Onlar bunu etdilər. Biz onlardan hadisə ilə bağlı kompensasiya ödəmələrini istəmişik, bunu hələ verməyiblər. Bir də biz Fələstinə qoyulan embarqonun götürülməsini istəmişik, bunu da yerinə yetirməyiblər. Prosesin normallaşması bütövlükdə regiona, o cümlədən bizə, İsrail və Fələstinə faydalı olacaq. Bölgəmizin buna ehtiyacı var. Sülhün tez gəlməsi üçün buradakı xalqların maraqlarını fikirləşmək lazımdır”.

Yeni razılaşmaya əsasən, İsrail tərəfi “Mavi Mərmərə” gəmisində öldürülən bütün şəxslərin ailələrinə kompensasiya ödəyəcək. Bu məqsədlə Türkiyə tərəfinə 20 milyon dollar vəsait köçürüləcək.

Bunun qarşılığında Türkiyə İsrailə qarşı beynəlxalq məhkəmələrə göndərdiyi müraciətlərdən imtina edəcək, “Həmas” təşkilatının Türkiyədəki fəaliyyəti məhdudlaşdırılacaq.

Yeri gəlmişkən, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu “Həmas”ın Siyasi Bürosunun baş katibi Xalid Məşəli Çankaya köşkündə qəbul edib. Onlar arasındakı görüş 2,5 saat davam edib.

Görüşdə Türkiyə-İsrail münasibətlərinin normallaşması fonunda Fələstin məsələsi, eləcə də “Həmas”ın fəaliyyətinin müzakirə edildiyi istisna olunmur.

Rəsmi Ankara ilə Tel-Əviv arasında danışıqların getdiyi haqda əvvəllər də məlumatlar yayılırdı. Ancaq Türkiyə sərhədini pozan Rusiya təyyarəsi vurulduqdan sonra iki dövlət arasında yaranan gərginlik İsrail-Türkiyə münasibətlərinin bərpası haqda danışıqlar prosesinin qabarmasına səbəb oldu.

İran-Rusiya ittifaqının Türkiyəyə qarşı “təbii qaz silahı”ndan istifadə edəcəyi ehtimalı tərəflərin danışıqlar prosesini sürətləndirməsinə təkan verdi.

Heç şübhəsiz, dünyada bir çox siyasi-iqtisadi hadisələrin neft və təbii qazla birbaşa əlaqədar olması kimsəyə sirr deyil.

Bu baxımdan, Türkiyə ilə İsrail arasında da bu istiqamətdə danışıqların başladığı haqda məlumatlar yayılmaqdadır.

Məlumatlara əsasən, əgər tərəflər arasında münasibətlər normallaşarsa, o zaman yəhudi dövlətinin təbii qazının 25 illiyə türk dövlətinə nəqli ilə bağlı müqavilə

imzalanacaq. Bu isə ölkənin bu yanacağa olan tələbatının 21 faizini ödəyəcək. İsraildən ixrac edilən illik təbii qazın həcmi 30 milyard kubmetr olacaq. 2016-cı ildə ölkələr arasında müqavilə imzalanarsa, o zaman 2019-cu uldə Türkiyə yəhudi dövlətinin hasil etdiyi “mavi yanacaq”dan istifadə edəcək. Hazırda Türkiyə təbii qazı Rusiyadan təxminən 420 dollar, İrandan 500 dollar, Azərbaycandan isə 340 dollara alır. Müqavilə həyata keçəcəyi təqdirdə, Türkiyə İsrailin təbii qazını 199 dollara ala bilər.

İki ölkə arasında çəkiləcək 550 kilometrlik təbii qaz kəmərinin 2,5 – 3 milyard dollara başa gələcəyi proqnozlaşdırılır. Bundan başqa, İsrailin “mavi yanacağ”ı Türkiyə ərazisindən TANAP vasitəsilə Avropaya da nəql edilə bilər.

Türkiyə rəsmiləri İsraillə münasibətlərin bərpasına dair yekun qərarın qəbul edilmədiyini bildirsələr də, hadisələrin bu istiqamətdə inkişaf edən xətt üzrə davam edəcəyini söyləməyə əsas verir.

Heç şübhəsiz, həm Türkiyədə, həm də İsraildə bu əlaqələrin bərpasının tərəfdarları az deyil. İsrail müxalifəti münasibətləri iki il öncə bərpa etmədiyi üçün öz ölkəsinin hökumətini tənqid edib. Elə Türkiyədə də müxalifət bu əlaqələrin yenidən qurulmasına müsbət baxdığını bildirib.

Baş verənlərə əsasən, Ankara – Tel-Əviv yaxınlaşmasından aşağıdakı nəticələri gözləmək olar:

– Bölgədə demokratik inkişaf yolunu tutan iki dövlətin yaxınlaşması Orta Şərqdə bu prosesin (demokratikləşmənin) sürətlənməsinə müsbət təsir göstərə bilər:

– Türkiyə regionda ərəb olmayan daha bir dövlətlə münasibətləri normallaşdırmaqla bölgədəki problemlərin həllində vasitəçi olmaq imkanı qazanar;

– Rəsmi Ankara Rusiya-İran ittifaqı qarşısında müqavimət göstərmək üçün əlavə imkan əldə edər;

– Türk dövləti Rusiya və İranın təbii qazla hədələrindən yayına bilər;

– Türkiyənin istehsal etdiyi mallar və ölkəyə turist axını üçün itirdiyi bazar bərpa olunar;

– Tərəflər bölgədə terrorçuluğa qarşı birgə fəaliyyət göstərə bilər;- Türkiyə Avropa üçün Rusiya təbii qazından asılılığını azaltmaq məqsədilə etibarlı tranzit ölkə rolunda çıxış etmək imkanı qazanar;

– İsrail bölgədə ərəb olmayan 3 dövlətdən biri (Türkiyə, İran və İsrail ərəb dilli dövlətlər deyil) ilə münasibətləri normallaşdıraraq təhlükəsizliyinin təmininə yardım əldə edə bilər;

– Yəhudi dövləti Türkiyənin simasında etibarlı dövlət vasitəsilə təbii qazını Avropaya nəql etmək imkanı qazanar;

– İsrail İranın hədələri qarşılığında Türkiyənin diplomatik yardımlarından faydalanar;

– İsrailin bölgədə müttəfiqi yoxdur. Bu baxımdan Türkiyənin simasında həmin müttəfiqliyi bərpa edə bilər;

– İki dövlətin yaxınlaşması bölgədəki bir sıra oyunların ssenarisini poza bilər və s.

Beləliklə, Türkiyə-İsrail münasibətlərində 5 illik “one minute” pauzası başa çatır. Baş verənlər hər iki tərəfi durduqları nöqtədən irəli getməyə məcbur edir. Bu baxımdan iki dövlətin yaxınlaşmasının bölgədəki gərginliyin azalmasına da yardım edə biləcəyi gözlənilir. Yerində sayıb, inadkarlıq etmək isə siyasətdə daha ağır hadisələrlə nəticələnir.

 share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Türkiyə-İsrail: “One minute” başa çatır – ŞƏRH

Next Post

Türkiyə hökumətindən TARİXİ açıqlama: “İsrail dövləti dostumuzdur”

Bənzər yazılar

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04

ABŞ prezidenti Donald Tramp İranla davam edən danışıqlarla bağlı bildirib ki, "Onlar danışıqların çox, çox yaxşı getdiyini bildiriblər. Əgər razılaşma...

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51

ABŞ Dövlət Departamenti İsrail və Livanın danışıqlardan sonra atəşkəsin tətbiqi barədə razılığa gəldiyini açıqladı. Elchi.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin bəyanatına...

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43

NASA, Mars orbitində kosmik gəmidən altı ay ərzində heç bir siqnal gəlmədikdən sonra MAVEN missiyasının rəsmi olaraq başa çatdığını elan...

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36

Yaxın Şərqdəki müharibənin yaratdığı xammal böhranı Yaponiyada plastik istehsalının əsas komponenti olan naftanın tədarükünə zərbə vurdu. Ölkədəki sifariş müəssisələri, supermarketlər...

Next Post

Türkiyə hökumətindən TARİXİ açıqlama: "İsrail dövləti dostumuzdur"

Türkiyə hökumətindən TARİXİ açıqlama: "İsrail dövləti dostumuzdur"

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.