Türkiyə Bosfor və Dardanel boğazlarından keçərkən Ukrayna limanlarından taxıl daşıyan gəmilərə təhlükəsizlik zəmanəti verdiyini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə TASS “Haber Global” telekanalına istinadən xəbər verir.
“Bildiyimizə görə, Ukraynadan bir dənə də olsun gəmi çıxmayıb. Amma gəlsə, boğazlardan keçəcək”, – telekanalın sosial şəbəkəsi Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən bildirib.
Bundan əvvəl məlum olub ki, ABŞ taxıl ixracı marşrutlarını genişləndirmək üçün Türkiyə və Ukrayna ilə danışıqlar aparır. Plan, ixrac qabiliyyətinin Dunay çayı vasitəsilə ayda dörd milyon tona qədər artırılmasını, əsas hissəsinin Qara dənizdən keçərək Rumıniyanın yaxınlıqdakı limanlarına aparılmasını nəzərdə tutur.
Havar Şəfiyeva