Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus pilotsuz dəniz vasitəsinin Qara dənizdə Rusiya hərbi gəmilərinə uğursuz hücum cəhdi etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamada hücumun bu gecə həyata keçirildiyi, Ukrayna ordusunun Qara dənizdə Sevastopolun 237 kilometr cənub-qərbində patrulluq edən Rusiya hərbi gəmilərinə pilotsuz dəniz vasitəsi ilə hücum etməyə cəhd edildiyi bildirilib.
Hücumun hədəfinə çatmadığına diqqət çəkən açıqlamada pilotsuz dəniz vasitəsinin Rusiyanın “Pitliviy” və “Vasiliy Bikov” patrul gəmilərinin açdığı atəş nəticəsində məhv edildiyi bildirilib.
Nuranə Məmmədova