Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə məlumatı AFAD yayıb.
Bakı vaxtı ilə saat 4:04-də baş verən zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.





















