Türkiyədə meymunçiçəyi xəstəliyindən şübhəli bilinən 4 əcnəbi şəxs aparıldıqları xəstəxanada test veriblər.
Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca lazımi analizlərin aparıldığını, analizinin nəticəsinin mənfi olduğunu bildirib.
F.Qoca Türkiyədə indiyə qədər meymunçiçəyi diaqnozu qoyulan xəstənin olmadığını vurğulayıb.
Qeyd edək ki, İstanbulun Sultanqazi Həbiblər küçəsindəki aptekə gedən əcnəbi vətəndaşlar əllərindəki yaraları göstərərək dərman istəyiblər. Əczaçı yaraların meymunçiçəyi xəstəliyi ola biləcəyindən şübhələnərək səlahiyyətlilərə məlumat verib.
Prezident və birinci xanım Liderlər Sammitində iştirak edirlər
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilir. Elchi.az xəbər verir...




















Son şərhlər