Türkiyənin Yozqat şəhərində sərnişinləri olan avtobus dərəyə uçub, qəza nəticəsində 12 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.
Hadisə rayonun Sorğun kəndində baş verib. Daha 19 nəfərin yaralandığı, onların dövlət xəstəxanasına yerləşdirildiyi bildirilir. Şəhər valisi Mehmet Əli Özkan hadisə yerinə yola düşüb. Onun sözlərinə görə, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparmaq lazımdır. Ölkənin ədliyyə naziri Yılmaz Tuncanın sözlərinə görə, bu, artıq başlayıb.
Bundan əvvəl Türkiyənin Alanya şəhərində qazaxıstanlı turistləri daşıyan yük maşını və avtobusun toqquşması nəticəsində iki nəfər həlak olub. Ölənlərdən biri ukraynalı, digəri türk sürücüdür. Bundan əlavə, daha 12 nəfər yaralanıb.
Havar Şəfiyeva