Cənubi Afrika Respublikası inkişaf etməkdə olan ölkələrin “BRİKS” qrupuna qoşulmaq istəyini tam dəstəkləyir, artıq 20-dən çox dövlət assosiasiyaya qoşulmaq üçün rəsmi ərizələr təqdim edib. Elchi.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa deyib.
“”BRICS”geniş formatda daha tarazlaşdırılmış dünya nizamı üçün ortaq istəyi bölüşən müxtəlif ölkələr qrupunu təmsil edəcək”, – deyə Cənubi Afrika lideri bildirib. O, həmçinin qeyd etdi ki, Cənubi Afrika hər hansı ideoloji və siyasi düşərgəyə mənsub olmasından asılı olmayaraq qlobal sülh və inkişaf naminə bütün ölkələrlə işləməyə çalışır.
Bundan əvvəl Çin bəyan edib ki, Pekin də “BRİKS”in genişləndirilməsi ideyasını dəstəkləyib və yeni tərəfdaşların böyük ailəyə tez daxil olmasını alqışlayır. Çin Xarici İşlər Nazirliyi vurğulayıb ki, Çin “BRİKS” əməkdaşlığının keyfiyyətcə inkişafına kömək etmək və dünyada çoxqütblü sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə daha böyük töhfə vermək üçün təşkilatdakı tərəfdaşları ilə işləməyə hazırdır.