Ukrayna qoşunları cəbhədə irəliləyiş etmək üçün kifayət qədər güclü deyil. Elchi.az “Global Times”ə istinadən xəbər verir ki, belə bir fikri Şərqi Çin Normal Universitetinin Rusiya Araşdırmaları Mərkəzinin tədqiqatçısı Cui Heng deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri müdafiə zonasından yan keçməyə çalışır, bunun sayəsində Rusiyanın əsas yaşayış məntəqələri düşmən hücumlarından qorunur.
Daha əvvəl Asia Times-ın köşə yazarı Daniel Uilyams Kiyevin əks-hücumunun uğursuzluğunu Ukrayna ordusunun Rusiya qüvvələrinin yaratdığı güclü müdafiə xəttini yarıb keçə bilməməsi ilə əlaqələndirib. O qeyd edib ki, hücuma rus qoşunlarının şərq və cənubda cəbhə xətti boyunca yerləşdirdiyi geniş mina sahələri mane olur.
Havar Şəfiyeva