-16 qırıcı təyyarələrinin Hollandiya tərəfindən Ukrayna ordusuna təhvil verilməsi baş tutmaya bilər. Elchi.az xəbər verir ki, bunu fransalı siyasətçi, Patriotlar partiyasının lideri Florian Filippo öz “Tvitter” hesabında yazıb.
O, bunun ölkədə mövcud hakimiyyət dəyişikliyi halında baş verə biləcəyini izah edib. Deputat qeyd edib ki, Kiyev təyyarələri vəd edən Hollandiyanın baş naziri Mark Rutte istefaya gedir.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenski Hollandiyanın Ukraynaya 42 F-16 təyyarəsi vermək niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu, hələ başlanğıcdır.
Havar Şəfiyeva