Çin “BRİKS” alyansını G7-yə rəqib olmağa çağıra bilər. Elchi.az xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Financial Times”ə bildiriblər.
Nəşr müəyyən edib ki, “BRİKS” sammitində ölkələrin liderləri qrupun son on ildə ən böyük genişlənməsini müzakirə etməyi planlaşdırır. Qəzetin Çin nümayəndə heyətindəki həmsöhbəti qeyd edib ki, uğurlu genişlənmə baş verərsə, assosiasiya dünya “ÜDM”də G7-nin payına bərabər olacaq.
Lakin “FT” qeyd edir ki, “BRİKS”in üzvü olan Çin və Hindistan qrupun genişləndirilməsinin məqsədləri məsələsində ortaq mövqeyə gələ bilmirlər. Beləliklə, Pekin onu Qərbə meydan oxuyacaq siyasi qüvvə kimi görür, Nyu Dehli isə assosiasiyaya inkişaf etməkdə olan ölkələrin iqtisadi maraqlarını qoruyan klub kimi ümid edir.
Havar Şəfiyeva