Bu gün Türkiyədə 2 mindən çox yerli müdafiə sənayesi şirkəti fəaliyyət göstərir.
Elchi.az xəbər verir ki, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktörü Haluk Bayraktar bildirib.
O, bu şirkətlərin mütləq çoxluğunun özəl sektoru təmsil etdiklərini qeyd edib.
H. Bayraktar əlavə edib ki, “Bayraktar-TB2” pilotsuz uçuş aparatları bu günədək 600 min saat uçuş həyata keçirib.