Türkiyədə mayın 14-də keçiriləcək Prezident və 28-ci Dönəm Parlament Seçkilərində xaricdəki nümayəndəlik və gömrüklərdə səsvermə davam edir.
İndiyədək təxminən 1 milyon 667 min seçici xaricdə və gömrükdə səs verib. Prezident seçkiləri və 28-ci Milli Məclis seçkiləri üçün xaricdəki nümayəndəlik və gömrüklərdə səs verən seçicilərin sayı 1 milyon 666 min 824 nəfər olub.
Elchi.az xəbər verir ki,Ali Seçki Şurasından əldə edilən məlumata görə, aprelin 27-də gömrük qapılarında başlayan səsvermə prosesi çərçivəsində nümayəndəliklərdə 1 milyon 556 min 469, gömrükdə isə 110 min 355 seçici səs verib. Səsvermə mayın 9-dək xaricdəki nümayəndəliklərdə, mayın 14-dək isə gömrükdə saat 17.00-dək davam edəcək.
Ali Seçki Şurası, mayın 14-də keçiriləcək Prezident seçkiləri və 28-ci Dövr parlament seçkiləri çərçivəsində xarici seçici siyahılarında 3 milyon 416 min 98 seçicinin qeydə alındığını açıqlayıb.
Nuranə Məmmədova