Ankara Moskva ilə Kiyev arasında danışıqları mümkün qədər tez təşkil etməyi hədəfləyir. Elchi.az Lent.ru – ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan macarıstanlı həmkarı Katalin Novakla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Biz mümkün qədər tez danışıqlar masası arxasında Ukrayna və Rusiya arasında sülhün bərqərar olmasını istəyirik”, – deyə siyasətçi bildirib.
O, Türkiyənin İstanbulda danışıqları bərpa etmək istəyindən də danışıb. Bundan əvvəl bu şəhərdə Rusiya və Ukrayna nümayəndə heyətlərinin bir neçə görüşü baş tutub.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, xüsusi hərbi əməliyyatın məqsədlərinə siyasi və diplomatik yollarla nail olmaq olmaz. Eyni zamanda, ölkənin Xarici İşlər Nazirliyi Moskvanın müəyyən şərtlər daxilində münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu bildirib.
Havar Şəfiyeva