"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyə-Ukrayna əməkdaşlığı – Qərbin təhlükəsizlik təminatı – ŞƏRH

12 Aprel 2021 - 15:26
in XƏBƏR LENTİ
FacebookVatsap
Türkiyə-Ukrayna əməkdaşlığı - Qərbin təhlükəsizlik təminatı - ŞƏRH

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün kritik bir dövrdə Türkiyəyə səfər edib. O, aprelin 10-da baş tutan və səfər zamanı keçirilən 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edib. Yeri gəlmişkən, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, dövlətlərin ərazi bütövlüyünün təmin olunması və toxunulmazlığı onlar üçün başlıca prinsiplərdəndir. Türkiyə bunu bütün dövlətlərə, o cümlədən qonşuları Suriya, İraq, Azərbaycan, Gürcüstan və başqalarına münasibətdə qoruyur. Rəsmi Ankara Ukrayna ilə də həmin prinsipin qorunması əsasında əlaqələrini qurub, əməkdaşlıq edir.

Bunu da oxuyun

Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır

Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi uğurla icra olunub

Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsi 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ-ın dövlət başçıları tərəfindən imzalanan memorandumu bir daha yada salır. Həmin sənədə əsasən, Ukrayna ərazi bütövlüyü və suverenliyinin təmin olunması qarşılığında tabeliyindəki nüvə başlıqlarını təhvil verib. Fransa və Çin də sonradan bu memoranduma qoşulmuşdu. Deməli, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qarantı olaraq atom silahına malik 5 dövlət çıxış edib. Bu ölkənin ərazi bütövlüyünün pozulması həmin dövlətlərin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi anlamına da gəlir. Odur ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması beynəlxalq hüquq normalarına tam uyğundur. Bu baxımdan Türkiyənin mövqeyi daha ədalətli və qanuni sayılır. Rəsmi Ankara bu qonşu ölkənin ərazi bütövlüyünü müdafiə etməklə yanaşı, Rusiya tərəfindən ilhaq edilən Krım məsələsini və oradakı yerli sakinlərin, türklərin (Krım tatarlarının) hüquqlarını da müdafiə edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ukrayna dünya ictimaiyyətinin diqqətini Krım mövzusuna çəkməkdə haqlıdır. Qeyd edək ki, Krım əvvəllər Osmanlı dövlətinin ərazisi olub. 1783-cü ildə II Yekaterinanın zamanında Rusiyaya ilhaq edilib. Osmanlı isə bu itki ilə razılaşmasa da, 1792-ci ildə Krımın Rusiyaya birləşməsini müqavilə ilə qəbul etməyə məcbur olub. Sonrakı dövrlərdə bu yarımada Osmanlının nəzarətinə keçsə də, yenidən Rusiyaya tabe olub. Sovetlər dönəmində bir müddət Rusiya Federasiyasının tərkibinə daxil olsa da, sonralar onu Ukraynanın ərazisinə qatıblar. Budapeşt anlaşmasında yarımada bu dövlətin tərkib hissəsi olaraq qəbul edilib. Türkiyə yerli əhali olan Krım türklərinin də hüquqlarını təbii olaraq müdafiə edir. Rusiyanın tərkibində olandan yerli sakinlər olan tatarlara zülm edilib. 1994-cü il mayın 18-də keçmiş SSRİ-nin lideri Stalinin əmri ilə onlar bir gecənin içində öz ev-eşiklərindən didərgin salınaraq Krımdan Orta Asiya respublikalarına sürgün ediliblər.

Bu kimi problemlərlə üzləşən Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyətdən yardım da istəyib. Regionda vəziyyət gərinləşir: Rusiya Ukrayna ilə sərhədə hərbi qüvvə toplayır, Donbasda separatçıların hərbi aktivliyi artır. ABŞ Qara dənizə döyüş gəmilərini göndərir, ABŞ-ın dövlət katibi Entoni Blinken Brüsselə Ukraynadakı vəziyyəti müzakirə etmək üçün səfər edir və s. Göründüyü kimi, Zelenski belə bir mürəkkəb vəziyyətdə səfər edib.

Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra tərəflər ortaq bildiriş yayımlayıb. Həmin açıqlamanın bəzi müddəalarını qeyd edirik:

– Ukraynanın ərazi bütövlüyü və müstəqiliyinin qeyd-şərtsiz dəstəklənməsi təsdiq edilir;

– Krım Muxtar Respublikası, Sevastopol şəhəri, Donetsk və Luqansk bölgələrinin işğaldan azad edilməsi məsələsinin əlaqələndirilməsi davam edir;

– Krımın Rusiya tərəfindən qanunazidd və qanunsuz olaraq ilhaqını həll etmək üçün “Krım Platforması”nın yaradılmasına dəstək vermək;

– Krım Muxtar Respublikası və Sevastopol şəhərində insan hüquqlarının qorunması, hüquqa zidd olaraq tutulan Krım tatarları da daxil olmaqla Ukraynanın bütün vətəndaşlarının sərbəst buraxılması məqsədilə beynəlxalq aləmdə fəaliyyəti davam etdirmək və s.

Beləliklə, Zelenskinin səfəri və əldə edilən razılaşmalar sübut etdi ki, Türkiyə başqalarından fərqli olaraq beynəlxalq hüquqa və normalara hörmət edir. Rəsmi Ankara dünyadakı münaqişələin həllinə yardım etməyə çalışır. Türkiyə bir daha sübut edir ki, regional əməkdaşlıq qarşıdurmalardan daha faydalıdır. Rəsmi Ankara Ukrayna məsələsinə yanaşma ilə münaqişələrin həllində ədalətli mövqeyini nümayiş etdirir. Türkiyənin Rusiya ilə yaxın iqtisadi əməkdaşlığı var. Qərb Moskva ilə yaxın münasibətinə, eləcə də “S-400” raket kompleksini aldığı üçün onu təhdid edir, ona sanksiya tətbiq olunur. Ancaq rəsmi Ankara beynəlxalq anlaşmalara və ikitərəfli müqavilələrə sadiqliyini sübut etməklə etibarlı tərəfdaş olduğunu isbatlayır. Başqa sözlə, Rusiya ilə hərbi, iqtisadi, energetika və turizm kimi sahələrdə əməkdaşlıq etməsi ona Ukraynanın ərazi bütövlüyünü müdafiə etməyə mane olmur. Rəsmi Ankara bu addımı Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məsələsində də atır. Bu münaqişələrin həllinə Türkiyənin obyektiv yanaşmasının göstəricisi sayılır. Ukraynadakı hadisələr münaqişələrin həllinin vacibliyini bir daha təsdiqləyir. İki ölkə arasında əməkdaşlıq bu məsələlərə təkan verir. Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsi, Qərbin, o cümlədən Avropa İttifaqının üzv dövlətlərin və NATO-nun təhlükəsizliyidir. Türkiyənin Ukrayna ilə münasibətləri bu prinsipə xidmət edir.

Sədrəddin İsmayılov

Previous Post

Türkiyə-Ukrayna əməkdaşlığı – Qərbin təhlükəsizlik təminatı – ŞƏRH

Next Post

Aşotun “döyüş filmi”: 40-dan çox erməni qurban verildi

Bənzər yazılar

Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır

Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır

08 İyun 2026 - 12:18

Autizm xəstəlikdir, amma bu gün sosial autizmlik formalaşır. Elchi.az xəbər verir ki, bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli Milli Məclisin İnsan...

Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

08 İyun 2026 - 12:15

Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi. İyunun 3-də Bakı şəhər H.Abbasov adına Mədəniyyət Mərkəzində bəstəkar İlhamə Adilqızının...

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi uğurla icra olunub

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi uğurla icra olunub

08 İyun 2026 - 12:12

Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə icra olunan "Cığır" Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin "Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği"...

“Zirə” qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb

“Zirə” qapıçısı Tiaqo Silva ilə yollarını ayırıb

07 İyun 2026 - 13:57

"Zirə" qapıçısı Tiaqu Silva ilə yollarını ayırıb. Elchi.az  xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qeyd edək ki, 26...

Next Post

Aşotun “döyüş filmi": 40-dan çox erməni qurban verildi

Aşotun “döyüş filmi": 40-dan çox erməni qurban verildi

Son xəbərlər

ADY-dən sərnişinlərə sürpriz – Yeni reyslər açıldı

ADY-dən sərnişinlərə sürpriz – Yeni reyslər açıldı

08 İyun 2026 - 13:46
Bu oyunlara ayda 40-70 manat xərclənir

Bu oyunlara ayda 40-70 manat xərclənir

08 İyun 2026 - 13:37
Bakıdakı bu küçə tam dəyişir – FOTO

Bakıdakı bu küçə tam dəyişir – FOTO

08 İyun 2026 - 13:28
Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

08 İyun 2026 - 13:13
“Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq” – Tramp

“Netanyahu ABŞ-İran razılaşmasını qəbul etməli olacaq” – Tramp

08 İyun 2026 - 13:00
Həftəsonu 4 nəfəri avtomobil vuraraq öldürüb, 2 nəfər xəsarət alıb

Həftəsonu 4 nəfəri avtomobil vuraraq öldürüb, 2 nəfər xəsarət alıb

08 İyun 2026 - 12:53
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

08 İyun 2026 - 12:44
Bakıda 2 nəfər 6 kq narkotiklə tutulub

Bakıda 2 nəfər 6 kq narkotiklə tutulub

08 İyun 2026 - 12:24
Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır

Tibb Universitetinin rektoru: Bu gün sosial autizmlik formalaşır

08 İyun 2026 - 12:18
Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirildi

08 İyun 2026 - 12:15
“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi uğurla icra olunub

“Milli-Mənəvi Dəyərlər və Mədəni İrsin Təbliği” layihəsi uğurla icra olunub

08 İyun 2026 - 12:12
FHN Akademiyasında “Turizmdə təhlükəsizlik” mövzusunda təlim keçirilib – FOTO

FHN Akademiyasında “Turizmdə təhlükəsizlik” mövzusunda təlim keçirilib – FOTO

08 İyun 2026 - 12:01
16-18 yaş qrupu üçün sosial mediadan istifadə qaydası müəyyən olunur

16-18 yaş qrupu üçün sosial mediadan istifadə qaydası müəyyən olunur

08 İyun 2026 - 11:54
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının müzakirə edəcəyi məsələlər açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının müzakirə edəcəyi məsələlər açıqlanıb

08 İyun 2026 - 11:48
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edəcək

08 İyun 2026 - 11:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.