Türkiyə Rusiya prezidenti Vladimir Putinin respublikaya səfərinə hazırlıq çərçivəsində təbii qaza endirimlər məsələsini Rusiya ilə müzakirə etmək niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə TASS-a yerli diplomatik mənbə məlumat verib.
“Türkiyə həmişə Rusiya qazının etibarlı istehlakçısı olub. Respublika hakimiyyəti əvvəllər qaz qovşağı yaratmaq planları da daxil olmaqla, onun üçün daha münasib qiymətlərə ümid etdiklərini bildirib. Bu məsələnin danışıqlara hazırlıq çərçivəsində müzakirəsi planlaşdırılır. Rusiya prezidentinin Türkiyəyə səfəri üçün”, – agentliyin həmsöhbəti bildirib.
Nuranə Məmmədova