Türkiyə prezidentliyinə namizəd Məhərrəm İncə hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə güclü və etimada əsaslanan münasibətlər qurmaq niyyətində olduğunu bildirib. Elchi.az bu barədə RİA Novostiyə istinadən məlumat verir.
Siyasətçi həmçinin Rusiyanı ən vacib qonşularımızdan biri adlandırıb. Türkiyənin xarici ticarətinin əhəmiyyətli hissəsinin Rusiya ilə həyata keçirildiyini vurğulayıb. İnce ölkələr arasında turizm və enerji resursları sahələrində də əlaqələrin olduğunu qeyd edib.
“Biz Rusiya ilə daha da güclü, daha yaxşı və daha etibarlı əlaqələr qurmaq istərdik ki, onlar hökumətlər arasında təmaslarla məhdudlaşmasın”, o əlavə edib.
Bundan əvvəl “Aydınlık” qəzeti yazıb ki, mayın 14-də keçiriləcək seçkilərdə Türkiyə müxalifəti qalib gələrsə, ABŞ Rusiya və Türkiyənin maraqlarını bir sıra regionlarda toqquşdurmaq niyyətindədir. Nəşrin yazdığına görə, Ukraynada məqsədlərinə çata bilməyən və Yaxın Şərqdə gücünü itirən Vaşinqton indi yeni strategiyalar axtarışındadır.
Havar Şəfiyevaa