Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş verən zəlzələ qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq ölkədə keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı seçki kampaniyasının musiqisiz keçirilməsinə qərar verib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Biz musiqisiz kampaniya aparacağıq, üz-üzə görüşəcəyik”, – deyə Türkiyə lideri müvafiq sərəncamı imzalayarkən deyib.
Bundan əvvəl Ərdoğan mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinə hazırlıq işlərinə başlanılması barədə fərman imzalayıb.
Havar Şəfiyeva