Türkiyə Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid olub.
Elchi.az xəbər verir ki, onlar Şırnak bölgəsində terrorçularla toqquşmada həlak olublar.
Məlumata görə, daha 2 əsgər yaralanıb.
Atışma nəticəsində 3 terrorçu məhv edilib.
Şəhidlərin adları hələ ki açıqlanmayıb.
***
Türkiyənin Şırnak bölgəsində terrorçularla atışmada şəhid olanların sayı artaraq üçə çatıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.