Türkiyə Krımdan ölkəyə gələn gəmilərə qarşı sanksiyalar tətbiq edir. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu bildirib.
Uraloğlu Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakovla İstanbulda keçirilən Ukraynanın Bərpası Forumunda görüşü zamanı açıqlama verib. O bildirib ki, Türkiyə gəmilərin Krımdan çıxması faktını müəyyən edərsə, onlara qarşı sanksiyalar tətbiq edir.
“Oradan [Krım limanlarından] çıxan gəmilər avtomatik tanınma sistemini söndürdüyü üçün onların haradan gəldiyini dəqiq deyə bilmərik. Bilmək istərdim ki, biz müəyyən edən zaman sanksiyalar da tətbiq edirik”, – deyə nazir bildirib. Onun sözlərinə görə, gəmilər ya geri göndərilir, ya da ciddi cərimələr alır.
Qeyd edək ki, bundan əvvəl Türkiyə Kiyevə satılan minaaxtaran gəminin keçməsinə icazə vermədiyi barədə Böyük Britaniyanı xəbərdar etmişdi. Türkiyə Müdafiə Nazirliyi qərarın Montrö Konvensiyasının müddəalarına uyğun olaraq verildiyini açıqlayıb.
Havar Şəfiyeva