"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərləri İstanbul Bəyannaməsini imzalayıb

08 İyun 2026 - 17:38
in GÜNDƏM
FacebookVatsap

Türkiyə, Azərbaycan və Gürcüstan Xarici İşlər Nazirlərinin Onuncu Üçtərəfli Görüşünün İstanbul Bəyannaməsi imzalanıb.

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

XİN-dən Elchi.az-a verilən xəbərə görə, bəyannamədə deyilir ki, Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidanın dəvəti və Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri xanım Maka Botçorişvili və Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun iştirakı ilə üç ölkənin xarici işlər nazirlərinin Onuncu Üçtərəfli Görüşü 8 iyun 2026-cı il tarixində İstanbulda keçirilib.

Nazirlər ölkələri arasında dərin dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan mükəmməl münasibətləri vurğulayaraq, siyasi, iqtisadi, ticarət, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə mövcud güclü əməkdaşlığı daha da irəli aparmaq istəklərini ifadə edərək, dayanıqlı sülh və sabitliyin bərqərar olmasına ölkələrinin verdiyi mühüm töhfələri yüksək qiymətləndirərək və bu yanaşmanın regionda və ondan kənarda inkişaf və rifah üçün əhəmiyyətini təsdiq edərək, yalnız bütün forma və təzahürlərdəki terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, kiberhücum və müharibənin hibrid formaları ilə məhdudlaşdırmadan ölkələrinin qarşı-qarşıya qaldığı artan təhdidləri diqqətə alaraq, regionda güclü iqtisadi profil yaratmaq üçün ölkələri arasında ticarət və investisiya münasibətlərinin daha da inkişaf etdirilməsinin vacibliyini qəbul edərək və regional əməkdaşlıq, regionda iqtisadi artım və inkişaf üçün regional bağlantını həyati əhəmiyyət daşıyan element kimi təsdiq edərək aşağıdakıları bəyan ediblər:

Dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına güclü və birmənalı dəstəyini bir daha təsdiq ediblər;

Regional və qlobal çağırışları dəf etmək üçün güclü üçtərəfli əməkdaşlığın əhəmiyyətini vurğulayıblar;

Əməkdaşlıq üçün regionun potensialının tam reallaşdırılması məqsədilə regional sülh, təhlükəsizlik və sabitliyin əhəmiyyətini vurğuladılar və hər üç ölkənin bu istiqamətdə müsbət rolunu təsdiq ediblər;

Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin bərpasının son dərəcə vacib olduğunu bir daha ifadə ediblər;

Yaşıl enerji və aşağı karbonlu texnologiyalar daxil olmaqla, nəqliyyat və enerji sahələri üzrə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar;

Bakı-Tbilisi-Ceyhan Boru Kəməri və Cənub Qaz Dəhlizinin regional və Avropanın enerji təhlükəsizliyinə strateji töhfəsini yüksək qiymətləndirdilər;

Hava, dəmir yolu və avtomobil yolları əlaqələrinin və regional bağlantının təkmilləşdirilməsi və gücləndirilməsi imkanlarından istifadə etmək də daxil olmaqla, insanlar arasında təmasların, təhsil, sosial və mədəni mübadilələrin, turizm və İKT-nin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar;

Türkiyə, Azərbaycan və Gürcüstanın ərazisindən keçən dəmir yolu əsaslı multimodal nəqliyyat dəhlizi olan Trans-Xəzər Şərq-Qərb Orta Dəhlizi daxil olmaqla, ölkələrinin tranzit potensialının gücləndirilməsi istiqamətində atdıqları mühüm addımları, həmçinin beynəlxalq tranzit sisteminə inteqrasiya səylərini qeyd etdilər;

Orta Dəhliz çərçivəsində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əsas rolunu vurğuladılar və iyunun 2-də Gürcüstanın Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında BTQ Dəmir Yolu Layihəsi çərçivəsində modernləşdirmə işlərinin başa çatması münasibətilə keçirilən tədbiri alqışladılar;

Türkiyə, Azərbaycan, Qazaxıstan və Gürcüstanın xarici işlər nazirləri və nəqliyyat sahəsinə məsul nazirləri mexanizmi vasitəsilə regional bağlantının gücləndirilməsi istiqaməti üzrə əməkdaşlığın dərinləşdirilməsinə sadiqliklərini bir daha təsdiq etdilər;

Enerji sahəsində strateji tərəfdaşlığı vurğuladılar və yaşıl enerjinin nəqli və ticarəti məqsədli interkonnektorlardan istifadə də daxil olmaqla, bu tərəfdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsinə tam dəstəklərini bir daha təsdiq etdilər;

Bərpa olunan enerjidən səmərəli istifadə daxil olmaqla, dayanıqlı artım sahəsində əməkdaşlığı dəstəklədilər;

Ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə regional əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsinin vacibliyini vurğuladılar;

Bu çərçivədə, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) sədrliyini alqışladılar;

Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) uğurlu ev sahibliyini və onun beynəlxalq əməkdaşlığın, dialoqun və dayanıqlı inkişafın irəliyə aparılmasına verdiyi töhfəni yüksək qiymətləndirdilər;

Terrorizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən silahların, narkotiklərin və onların prekursorlarının qanunsuz dövriyyəsi, insan alveri, miqrant qaçaqmalçılığı, çirkli pulların yuyulması, mədəni və tarixi irsə qarşı cinayətlər və kibercinayətkarlıqla mübarizə məqsədilə müvafiq beynəlxalq və regional alətlərə uyğun olaraq əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bir daha yenilədilər;

Səmərəli və nəticə yönümlü layihələr vasitəsilə qarşılıqlı maraq doğuran iqtisadi sahələrdə davamlı və gücləndirilmiş əməkdaşlığa təminat verdilər;

Qarşılıqlı maraq doğuran sahələrdə investisiyaların daha da həvəsləndirilməsinə, habelə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə ixrac-idxal imkanları və yeni modallıqlarının araşdırılması daxil olmaqla, üç dövlətin işgüzar dairələri, ticarət və sənaye palataları, eləcə də sənaye və biznes assosiasiyaları vasitəsilə bu istiqamətdə birbaşa təmasların saxlanılmasına hazır olduqlarını ifadə etdilər;

Bu baxımdan, 26 fevral 2026-cı il tarixində Gürcüstanın Tsinandali şəhərində yeddinci “Türkiyə-Azərbaycan-Gürcüstan Biznes Forumu”nun keçirilməsini alqışladılar;

Üç ölkə arasında yaradılmış üçtərəfli mexanizmlərin, o cümlədən parlamentlərarası əməkdaşlığın uğurunu vurğuladılar;

Dövlətlərinin beynəlxalq təşkilatlar çərçivəsində mümkün olduqca bir-birinin namizədliklərini dəstəkləməsi daxil olmaqla, fəal əməkdaşlığını yüksək qiymətləndirdilər;

Nazirlər görüşün uğurla təşkilinə görə Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidana dərin təşəkkürlərini ifadə etdilər;

Nazirlər üçtərəfli görüşlərin müntəzəm keçirilməsinin vacibliyini vurğuladılar və On Birinci Üçtərəfli Görüşün 2027-ci ildə qarşılıqlı şəkildə razılaşdırılacaq tarixlərdə Gürcüstanda keçirilməsinə qərar verdilər”.

Previous Post

Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşdü

Next Post

Qrossi: MAQATE İranın nüvə silahı hazırladığını iddia etməyib

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post
Qrossi: MAQATE İranın nüvə silahı hazırladığını iddia etməyib

Qrossi: MAQATE İranın nüvə silahı hazırladığını iddia etməyib

Bakcell yeni baş icraçı direktor təyinatını elan etdi

Bakcell yeni baş icraçı direktor təyinatını elan etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

DİM kibertəhlükəsizlik qaydaları ilə bağlı istifadəçilərə çağırış edib

02 Noyabr 2026 - 17:38
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi

02 Noyabr 2026 - 17:26
Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

Hövsan–Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq

02 Noyabr 2026 - 17:18
Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Yaponiyanın yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

02 Noyabr 2026 - 17:10
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb – FOTO

02 Noyabr 2026 - 17:00
Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

Merz Almaniyadakı iğtişaşçılara qarşı sərt tədbirlər tələb edib

02 Noyabr 2026 - 16:51
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub

02 Noyabr 2026 - 16:44
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb

02 Noyabr 2026 - 16:38
Daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

Daha bir beynəlxalq rəqəmsal xidmət təchizatçısı Azərbaycanda vergi uçotuna alınıb

02 Noyabr 2026 - 16:25
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

02 Noyabr 2026 - 16:17
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

02 Noyabr 2026 - 16:09
Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.