Türkiyə ABŞ-ın öz hərbi kontingentini Suriyadan çıxarmaq planlarından ehtiyat edirdi, lakin ABŞ-ın təkcə Suriyadan deyil, bütövlükdə Yaxın Şərqdən də çəkilmək istəyinə işarə etdi. Elchi.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.
Nəşr Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb: “Bu cür xəbərlərə heç bir rəsmi açıqlama və icra olunmadıqda ehtiyatla yanaşmaq lazımdır”.
Qəzetin köşə yazarı Abdulkadir Selvinin qeyd etdiyi kimi, Birləşmiş Ştatlar İsrail və İranın onları Yaxın Şərq bataqlığına çəkdiyini anladığı üçün qoşunlarını çıxarıb Yaxın Şərqi tərk etmək istəyir.
Qeyd edək ki, bundan əvvəl məlum olmuşdu ki, Amerika hakimiyyəti öz qoşunlarının Suriyadan çıxarılmasını müzakirə edir. Yaxın Şərq İnstitutunun Suriya və terrorizm və ekstremizmlə mübarizə üzrə proqramlar üzrə aparıcı elmi işçisi və direktoru Çarlz Lister bildirib ki, ABŞ artıq orada hərbi mövcudluğunu saxlamağa ehtiyac görmür.
Havar Şəfiyeva