Türkiyənin məşhur qrupu Bakıya gəlir

Türkiyənin məşhur rok qrupu “Manga” Bakıda konsert verəcək. Elchi.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb. Məlumata görə, konsert 26 yanvar 2024-cu il tarixində Bakı İdman Sarayında baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 40, maksimum isə 65 manatdır.