"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

`Türk axını`nın Qarabağa təsiri – Bakının gözləntiləri

07 Dekabr 2016 - 10:41
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Türkiyənin baş naziri Binəli Yıldırım dekabrın 6-da Moskvada rəsmi səfərdə oldu. Eyni gündə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” layihəsini imzaladı. Ərdoğanın bu addımını Rusiya prezidenti Vladimir Putin yüksək qiymətləndirdi və bunu Binəli Yıldırıma da söylədi. Bununla Rusiya qazı Türkiyə üzərindən Avropaya daşınacaq. Bu, Rusiyanı münasibətləri gərgin olduğu Ukrayna üzərindən tranzit asılılığından qurtaracaq.

Bu fikirləri  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq vurğulayıb ki, hazırda Türkiyə-Rusiya münasibətləri inkişaf edir: “Bir neçə aydan sonra Türkiyə və Rusiya prezidentəri növbəti dəfə görüşəcəklər. Strareji əməkdaşlığın strtateji tərəfdaşlığa çevrilməsi ehitmalı var. Bu isə Rusiya ilə Türkiyə arasında başqa məsələlərin həllini də sürətləndirə bilər.

Bu arada, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda işgüzar səfərdə oldu. Səfəri çərçivəsində Mövlüd Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdi.

Çavuşoğlu Bakıda həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsindən söz açaraq işğalçı Ermənistanın tezliklə Azərbaycan torpaqlarından çıxarılmasının vacibliyini diqqətə çatdırdı.

Çavuşoğlu mətbuat konfransında bunları dedi: “Biz problemin həlli üçün əlimizdən gələni edirik. Türkiyəyə səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Türkiyə olaraq öz mövqeyimizi Lavrova bildirdik. Vurğuladım ki, tezliklə bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, tez bir zamanda münaqişə ilə bağlı nəticə əldə olunmalıdır”.

Türkiyə xarici işlər nazirinin bu açıqlaması bir daha onu göstərdi ki, Mövlüd Çavuşoğlunun Bakıya budəfəki səfəri Ankaranın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Moskva ilə apardığı dialoqla əlaqəlidir. Çavuşoğlu Bakıya gəlməmişdən bir gün əvvəl Lavrovla Türkiyədə görüşmüşdü. Böyük ehtimalla Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ problemi ətrafında apardığı danışıqların detallarını rəsmi Bakıya çatdırmaq üçün Azərbaycan paytaxtına gəlmişdi.

Beləliklə, Ankara Dağlıq Qarabağ problemi ilə əlaqədar Rusiya ilə danışıqları intensivləşdirib. Ankaranın məqsədi Moskvanın münaqişənin həlliylə bağlı Ermənistan hakimiyyətinə təsir etməsidir. İlk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır ki, sülh prosesinə start verilsin”.

E.Şahinoğlu qeyd edib ki, Sergey Lavrovun Mövlud Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı təkliflərinə cavabı bəlli deyil: “Ancaq o da məlumdur ki, Ankara ilə münasibətlərini normallaşdıran Moskva Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəallığına etiraz etmir. Digər tərəfdən Moskva Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına da etiraz etmir.
Hadisələrin bu istiqamətdə inkişafı isə Ermənistan hakimiyyətini narahat edir. Ermənistan tamamən Rusiyadan asılı vəziyyətə düşüb. Ermənistan ordusu və iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Hələ ki, Rusiya Ermənistan hakimiyyətini müdafiə edir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə maraq göstərmir.

Ancaq bir gün Moskvanın mövqeyi dəyişərsə və Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Ermənistan hakimiyyətinə təzyiq edərsə, bu halda prezident Serj Sərkisyan nə edəcək? Rəsmi İrəvan Moskvaya etiraz edəcəkmi?

Bu suallar Ermənistanın siyasi dairələrində ciddi müzakirə olunur. Qərbdəki erməni lobbisi də Serj Sərkisyanın xarici siyasətindən narazıdır. Erməni lobbisinin qənaətinə görə, Ermənistan hakimiyyətinin Rusiyadan artan asılılığı Ermənistanı fəlakətə aparır. Erməni lobbisi düşünür ki, yaxın zamanda Moskva Ankara ilə razılaşaraq Dağlıq Qarabağ münaqişəsini Azərbaycanın xeyrinə həll edəcək”.

Politoloq vurğulayıb ki, Ermənistanın getdikcə kasıblaşması və əhalinin azalması faktoru bu ölkənin əhəmiyyətini azaldır: “Erməni lobbisi keçmiş illərdə olduğu kimi Ermənistana pul göndərmir. Bunun qarşlığında iqtisadi çətinliklərə rəğmən, Azərbaycanın hərbi potensialı artır, əhalinin sayı isə sürətlə 10 milyon nəfərə yaxınlaşır. Yəni məntiqlə böyük dövlətlərə Cənubi Qafqazda Azərbaycanla əməkdaşlıq daha məqbuldur.

Rəsmi Bakı çox ümidlidir ki, Moskva Ermənistan hakimiyyətinə təsir edərək Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirəcək. Hələ ki, bu baş vermir. Rəsmi Bakı həm də ona ümidlidir ki, Ankara da Moskvanı bu məsələyə inandırmağa nail olacaq. Həm Bakı, həm də Ankara Rusiyaya təklif ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli halında bölgədə regional əməkdaşlığı genişləndirmək mümkün olacaq. Bu regional əməkdaşlıq isə Rusiyanın maraqlarına cavab verəcək şəkildə inkişaf edəcək. Ancaq hələ ki, nə Bakı, nə də Ankara Moskvadan tutarlı cavab ala bilməyiblər. Moskva Ermənistan hakimiyyətinə təsir etmək istəmir. Tam əksinə, Rusiya Ermənistanı daha çox silahlandırır. Buna baxmayaraq, Rusiyanın Cənubi Qafqaz siyasətini korrektə edəcəyi istisna deyil.

Azərbaycan prezidenti İlham Əliyevi Rusiyanın siyasətinin dəyişəcəyini gözləmədən Qarabağ strategiyasını davam etdirir. Bu strategiya Azərbaycan ordusunu gücləndirmək, yeni modern silahlar almaq və bununla Ermənistanı zəiflətməkdən ibarətdir. Rəsmi Bakı Ermənistanı orduya və silah alışına daha çox pul xərcləməyə məcbur edir. Başqa sözlə İlham Əliyevin Qarabağla bağlı hazırki strategiyası Ermənistanı yormaqdan ibarətdir. Yəni əgər indiki şərtlər daxilində (Rusiya amili də nəzərə alınaraq) müharibə yolu ilə Ermənistanı məğlub etmək mümkün deyilsə, heç olmazsa işğalçının insanı və maliyyə itkilərinin artmasını sürətləndirmək lazımdır”.

Previous Post

`Türk axını`nın Qarabağa təsiri – Bakının gözləntiləri

Next Post

`Soyuq əllər, isti ürək` – Fotolar

Bənzər yazılar

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən 416 blok-qatar qəbul edilib. Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib....

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

Prezident: Birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq

08 Oktyabr 2026 - 14:14

Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Elchi.az xəbər verir ki,...

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

08 Oktyabr 2026 - 13:42

2025-ci ildə Azərbaycanda 477 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib. Elchi.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən,...

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb. Bu barədə Elchi.az-a FHN-nin mətbuat xidmətindən məlumat...

Next Post

`Soyuq əllər, isti ürək` - Fotolar

`Soyuq əllər, isti ürək` - Fotolar

Son xəbərlər

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26
ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

ƏƏSMN: Sosial rifahın təminatı istiqamətində növbəti mühüm addımlar atılacaq

08 Oktyabr 2026 - 17:19
Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

Husilər Səudiyyənin neft obyektlərini vurmaqla hədələyib

08 Oktyabr 2026 - 17:10
Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

Həbibli-1” MMC-yə məxsus bazarda yoxlama keçirildi – FOTO

08 Oktyabr 2026 - 16:58
Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

Paşinyan Özbəkistan Prezidenti ilə görüşüb

08 Oktyabr 2026 - 16:47
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

08 Oktyabr 2026 - 16:35
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

08 Oktyabr 2026 - 16:29
Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

08 Oktyabr 2026 - 16:15
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb – VİDEO

08 Oktyabr 2026 - 16:09
Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

Moskva-Brüssel xəttində gərginlik: Zaxarovadan Aİ-yə sərt mesaj

08 Oktyabr 2026 - 16:00
Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53
Qış turizmində qar problemi belə həll olunacaq

Qış turizmində qar problemi belə həll olunacaq

08 Oktyabr 2026 - 15:44
İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

İnfantino heç vaxt belə bir şey görmədiyini dedi – AFFA rəsmisi

08 Oktyabr 2026 - 15:30
ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

ADY-nin Çindən qəbul etdiyi blok-qatarların sayı 40 % artıb

08 Oktyabr 2026 - 15:16
Repatriasiya edilən 13 nəfərin sosial reabilitasiyasına başlandı

Repatriasiya edilən 13 nəfərin sosial reabilitasiyasına başlandı

08 Oktyabr 2026 - 15:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.