"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MARAQLI

Transseksualdan şok açıqlamalar – “Məmurlar və siyasətçilər bizimlə…”

22 Sentyabr 2014 - 11:34
in MARAQLI
FacebookVatsap

Sosial şəbəkə istifadəçiləri yəqin ki, belələrinin profillərinə tez-tez rast gəlirlər. Onlar şəkillərini paylaşır, nömrələrini yayır, özlərinə müştəri cəlb edirlər.

Bunu da oxuyun

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

Günəşdə güclü partlayış baş verib

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Söhbət, translardan gedir.

Məlumat üçün bildirək ki, transseksuallar özünü qarşı cinsə aid edən, həmçinin qarşı cinsə bənzəmək istəyi və ya özünü qarşı cinsdən biriymiş kimi hiss edən şəxslərə deyilir. Onlar əməliyyat yolu ilə cinsiyyətlərini dəyişə, sosial və hüquqi olaraq qarşı cinsə keçə bilərlər. Transseksuallığın xəstəlik olub-olmaması bu gün mübahisəli mövzu olaraq qalır. Haqqında danışdığımız şəxslər cinsi dəyişkənliyi yeniyetməlik dövründən hiss etməyə başlayırlar. Bu yazıda sizlərə heç də translar haqqında uzun-uzadı söz açmaq istəmirik. Yuxarıda da qeyd etdiyimiz kimi onlar sosial şəbəkələrdə tüğyan edirlər və dostluqlarında minlərlə insan olur. Bu minlər isə sən, mən, o, bir sözlə bizlərik. Cəmiyyətdə, xüsusən, gənclər arasında translara marağı nəzərə alıb çalışdıq ki, bu cinsi azlıqların nümayəndələri ilə söhbətləşək. Baxın, necə alındı…

AZERINEWS.TV 168saat.com-a istinadən həmin cinsi azlıqlarla müsahibəni təqdim edir:

İlk müsahibizim özünü Türkan adlandırır. Sumqayıtda yaşayır. 1991-ci il təvəllüdlüdür.

– Türkan, çoxdan əks cinsə marağın var?

– Orta məktəbdə oxuyandan. Təbii ki, yuxarı siniflərdə. Oğlanları çox sevirəm. Mən də beləyəm.

– Müştərilərinlə harda görüşürsən?

– Biz bir neçə trans Bakıda ev kirayə tutmuşuq. Ancaq orda görüşürük. Başqa yerlərə getmirəm.

– Niyə?

– Çünki cəmiyyət bizi kimilərini qəbul etmir. Söz atır, incidirlər. Polislər də bizə normal işləməyə imkan vermirlər.

– Şəkillərinin bəzilərində əsl xanıma oxşayırsan. Elələri də vardır ki, elə özünsən, normal, gənc oğlan. Necə olur bu?

– Biz dərmandan istifadə edirik. Müştəri ilə görüşəndə içdiyimiz dərman bədən üzvlərimizi dəyişir və qadına oxşayırıq. Ancaq bu, orqanizmimiz üçün ziyanlıdır.

– Cinsiyyətini niyə dəyişmirsən o zaman? Axı həmkarlarının çoxu belə edir.

– Evdə valideynlərim bilsə, məni öldürərlər.

– Onlar sənin belə olduğunu bilmirlər?

– Cinsi zəif olduğumu bilirlər, ancaq bu yolla pul qazandığımı bilmirlər.

– Müştərilərin kimlərdir?

– Əsasən gənclər. Ancaq ara-sıra yaşlılar da bizlə vaxt keçirirlər. Sumqayıtda dövlət məmurlarının bəziləri hər həftə bizimlə görüşür. Adlarını desəm, şoka düşərsiz. Ancaq demərəm. Qadınlarla bizim əsas fərqlərimizdən biri də ağzı bütöv olmağımızdır. Müştərilərimiz də bunu bilir.

– Qadın geyimində küçədə sərbəst gəzə bilirsinizmi?

– Şəxsən mən küçəyə qadın geyimində çıxmıram. Mənim stilim daha çox emolara yaxındır. Qadın geyimlərini isə ancaq kirayə yaşadığım evdə geyinirəm, müştəri qəbul edəndə.

Növbəti müsahibimiz isə özünü cərrahiyə əməliyyatı ilə əsl qadına döndərib. Onun adı Ayladır.

– Ayla, nə zaman hiss etdin ki, səndə əks cinsə, kişilərə qarşı maraq var?

– Məndə bu anadangəlmədir. Mən qadın doğulmuşam. Daha dəqiq qadın hormonları məndə daha çoxdur. Mənim kimilər özlərini sonradan qadın edənlərdən çox fərqlənir.

– Belə də olur?

– Biz onları həvəskar adlandırırıq. Əsl trans anadangəlmə olur. Çoxları pula görə bu yola əl atır. Belə həvəskarların 5-10-u bir ev tutur və orda müştəri qəbul edirlər. Belələri bizim adımızı batırırlar. Biz öz qayğımıza salonlarda qalırıq, küçəyə də qadın kimi çıxırıq. Ancaq həvəskarlar yalnız evdə trans olurlar. Onlarla əlaqədən qaçmaq lazımdır. Çünki, belələrinin çoxu xəstəlik daşıyıcılarıdır.

– Cəmiyyətin sizə münasibəti necədir?

– 50-50-yə. Ancaq getdikcə daha da pisləşir. Qəribədir, başqa ölkələrdə transları normal qəbul edirlər, bizdə isə yox. Polislər boş yerə bizi həbs edir, döyürlər. Pulumuzu alıb buraxırlar. Dəfələrlə yuxarılara, hətta Avropa Şurasına məktub ünvanlamışıq. Ancaq xeyri olmur. Məcbur qalıb translarımız işləmək üçün Türkiyəyə, Rusiyaya gedirlər.

– Müştəriləriniz kimlərdir?

– Əsasən 23-24 yaşdan yuxarı kişilər bizə müraciət edir. Yeniyetmələri qəbul etmirik. Çünki yeniyetməlik dövrü elədir ki, onlar bu yola maraq göstərə bilərlər. Ona görə də yeniyetmələrdən qaçırıq. Maraqlıdır ki, hər həftə müştərimiz olan, bizə sevgisini belə etiraf edənlər kənarda transları qəbul etmədiyini deyirlər. Heç nə demirəm, müştərilərimiz arxamızda dursa, cəmiyyət bizi normal qəbul edər.

– Deyirsən, cəmiyyətdə sizə maraq çoxdur. Nədən irəli gəlir bu?

– Məsələ birbaşa bizim mentalitetlə bağlıdır. Bizim cəmiyyətdə qurulan ailənin intim tərəfi həmişə qaranlıq olub. Kişilər öz fantaziyalarını həyat yoldaşları ilə reallaşdıra bilmirlər. Ona görə də bizə müraciət edirlər. İnanmazsınız, o qədər məşhurlar, iş adamı, siyasətçilər gəlir ki, yanımıza. Ancaq dediyim kimi, kənarda bizi müdafiə etmirlər. Hətta elələri var ki, televiziya, radio efirindən bizləri topa tutur. Halbuki, bizimlə min oyundan çıxırlar.

– Həkim müayinəsindən keçirsinizmi?

– Hər ay. Həkim müayinəsi ən vacib şərtdir. Həvəskar translardan fərqli olaraq biz sağlamlığımıza xüsusi fikir veririk. Təəssüf ki, həvəskar translar bizim adımızı batırırlar.

– Deyirsiniz ki, Bakıda transların sayı günbəgün artır. Birlik olaraq toplaşırsınızmı?

– Toplaşmağımız alınmır. Hamı qorxur və həyatını yaşamağa üstünlük verir. Polislərdən qorxuruq. Ona görə də toplaşmaq haqqında heç düşünmürük də.

– Son olaraq bir şey soruşum. Ən böyük arzun nədir?
– İstəmərəm trans olmağıma, xidmətimə görə pul qazanım. Bu, mənim həyatımdır. Çox istərdim normal işim olsun, evimə gedim gəlim, vəssəlam. Təəssüf ki, bizi kimiləri işə heç kim qəbul etmir.

Transsdan şok açıqlama:"Məmurlar və siyasətçilər bizimlə min oyundan çıxır”
Transsdan şok açıqlama:"Məmurlar və siyasətçilər bizimlə min oyundan çıxır”
Transsdan şok açıqlama:"Məmurlar və siyasətçilər bizimlə min oyundan çıxır”
Transsdan şok açıqlama:"Məmurlar və siyasətçilər bizimlə min oyundan çıxır”
Transsdan şok açıqlama:"Məmurlar və siyasətçilər bizimlə min oyundan çıxır”

 

Previous Post

Transseksualdan şok açıqlamalar – “Məmurlar və siyasətçilər bizimlə…”

Next Post

Joze Manuel Barrozu: “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq”

Bənzər yazılar

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

İlon Mask “SpaceX” və “Tesla” üçün çip istehsal edəcəyini açıqlayıb

23 Mart 2026 - 18:43

İlon Mask avtomobillərin, robotların və kosmosdakı süni intellekt məlumat mərkəzlərinin fəaliyyəti üçün istifadə olunacaq SpaceX və Tesla çiplərinin istehsalına başlamağı...

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü partlayış baş verib

13 Mart 2026 - 17:47

Martın 13-də Günəşdə güclü partlayış qeydə alınıb. Elchi.az üxəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan (İPG) məlumat verilib. Məlumatda...

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

Alimlər: Aralıqlı təkrarlar əzbərləmədən təsirlidir

23 Fevral 2026 - 18:57

Kaliforniya Universitetinin San-Fransisko kampusundan olan alimlər öyrənmənin əzbərləməkdən daha təsirli ola biləcək üsulunu müəyyən ediblər: əsas amil təkrarların sayı deyil,...

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

Dəhşətli gerçək: bu xəstəlik diaqnozu insanları cinayətə sürükləyir

14 Fevral 2026 - 04:48

Avropa iqtisadçıları məşhur Breaking Bad serialında təsvir olunan psixoloji modelin real həyatda da mövcud olduğunu müəyyən ediblər. Elchi.az xəbər verir...

Next Post

Joze Manuel Barrozu: “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq"

Joze Manuel Barrozu: “Cənub” qaz dəhlizi XXI əsrin layihəsi olacaq"

Son xəbərlər

Sabah 38 dərəcə isti olacaq

Sabahın hava proqnozu

23 İyul 2026 - 12:23
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

23 İyul 2026 - 12:10
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib

23 İyul 2026 - 11:54
İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

İspaniyada rekord temperatur: Termometrlərin 47 dərəcəyə çatacağı gözlənilir

23 İyul 2026 - 11:41
Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

Lavrov: Ukraynaya silah göndərilməsi qəbuledilməzdi

23 İyul 2026 - 11:27
Pensiyalar artımla ödənildi

Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb

23 İyul 2026 - 11:19
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib

Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib

23 İyul 2026 - 11:12
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

23 İyul 2026 - 11:03
Pakistanda leysan yağışlardan sonra ölənlərin sayı 37-yə çatıb

Pakistanda leysan yağışlardan sonra ölənlərin sayı 37-yə çatıb

23 İyul 2026 - 10:50
ABŞ İrana qarşı 12-ci hücum dalğasını elan etdi

ABŞ İrana qarşı 12-ci hücum dalğasını elan etdi

23 İyul 2026 - 10:42
Zelenski Uitkoff və Kuşnerlə danışdı

Zelenski Uitkoff və Kuşnerlə danışdı

23 İyul 2026 - 10:36
Avropada həddindən artıq istilər quraqlığı daha da şiddətləndirir

Avropada həddindən artıq istilər quraqlığı daha da şiddətləndirir

23 İyul 2026 - 10:27
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib – VİDEO

FHN üç xilasetmə əməliyyatı keçirdi

23 İyul 2026 - 10:18
Yaponiyada həddindən artıq istilər üçün yeni İxtira: İnsan soyuducusu

Yaponiyada həddindən artıq istilər üçün yeni İxtira: İnsan soyuducusu

23 İyul 2026 - 10:09
DİN skuter və velosiped sürücülərinə müraciət edib

DİN skuter və velosiped sürücülərinə müraciət edib

23 İyul 2026 - 10:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.