ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin ölkəyə səfər dəvətini rədd edib.
Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.
“Mən prezident Zelenskiyə hörmət edirəm, amma düşünürəm ki, hazırda Ukraynaya getmək mənasız olardı”.
Tramp “Newsmax TV”-yə açıqlamasında həmçinin bu sözləri deyib: “Hazırda Bayden administrasiyası onunla məşğuldur və mən maraqlar toqquşması yaratmaq istəmirəm”.
Qeyd edək ki, bir müddət əvvəl NBC telekanalına müsahibəsində Zelenski Trampı Ukraynaya dəvət edib.
Tramp dəfələrlə bəyan edib ki, 2024-cü ildə ABŞ prezidenti seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə biləcək.
Yeganə