Ukraynanın “Klymenko Time” nəşri öz teleqram kanalında yazır ki, Kiyevdə rus şairi Aleksandr Puşkinin abidəsi yenidən təhqir olunub.
Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, nəşrin hesabatında bildirilir ki, ötən gecə hücumçular növbəti dəfə Puşkinin abidəsinə qırmızı boya töküblər.
Fotoşəkildən görünür ki, abidənin üzü demək olar ki, tamamilə qırmızı boya ilə örtülmüşdür. Bundan əlavə, vandallar aşağıda postamentə bir neçə təhqiredici yazı da yazıblar.
Qeyd olunur ki, abidəyə qarşı bu vandalizm aktı ilk deyil. Xüsusilə, ötən ilin dekabrında onun postamentinə qırmızı və sarı boyalar vurulub, 2023-cü ilin oktyabrında isə abidə yenidən qırmızı boya ilə doldurulub.
Yeganə