ABŞ prezidenti Donald Tramp “NBC News”a bildirib ki, Birləşmiş Ştatlar çox yaxşı və rəvan gedən” yeni tarif sazişləri üzrə danışıqlara hazırdır.
Elchi.az xəbər verir ki, Trampın sözlərinə görə, onun qapıları hər zaman sərfəli təkliflərə açıqdır.
O, yaxın həftələrdə tərəfdaşlardan birinin oxşar bir şey təklif edə biləcəyini istisna etməyib. Mövcud iqtisadi siyasətin faydalarından danışan Tramp bildirib ki, ABŞ Xəzinədarlığının məlumatına görə, iyun ayında tariflərin artırılması səbəbindən Amerika 26 milyard dollar əldə edib.
“Gələcəkdə biz yüz milyardlarla dollar alacağıq və çox tez”, – Amerika lideri bildirib.
Yeganə


















