ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, onun əsas məqsədi Ukraynadakı münaqişəyə son qoymaqdır.
Elchi.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu, baş verməməli olan bir müharibədir. Bu Baydenin müharibəsidir, Trampın müharibəsi deyil. Mən onu dayandıra biləcəyimi görmək üçün buradayam!”,-Tramp qeyd edib.
Siyasətçi münaqişənin qarşısının alına biləcəyini vurğulayıb və onun başa çatmasında əsas rol oynamağa hazır olduğunu bildirib.
Yeganə


















