ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığında Ukrayna münaqişəsinin mümkün qədər tez dayandırılmasına nail olmağa ümid etdiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə çərşənbə günü “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Amerika lideri söhbət zamanı münaqişənin “mümkün qədər tez” nizamlanmasını istədiyini vurğulayıb. O, həmçinin münaqişənin “bir ay ərzində” dayandırılmasını arzuladığını qeyd edib.
Mənbənin məlumatına görə, Zelenski Trampa bildirib ki, münaqişənin 2026-cı ildə başa çatacağına ümid edir. Portalın yazdığına əsasən, Amerika lideri Kiyevə ABŞ tərəfindən “təhlükəsizlik sahəsində əhəmiyyətli zəmanətlər” verməyə hazır olduğunu ifadə edib.
Məryəm





















