Tramp: “Qlobal münaqişə təhlükəsi həmişəkindən daha böyükdür”

68

ABŞ-ın keçmiş prezidenti Donald Tramp videomüraciətində ölkənin hazırkı lideri Co Baydenin hərəkətləri səbəbindən dünyanın qlobal münaqişəyə hər zamankindən daha yaxın olduğunu bildirib.

Elchi.az-ın xəbərinə görə, Tramp vurğulayıb ki, ölkə bir çox xarici siyasət həllərini korlayan korrupsioner nümayəndələrindən xilas olmalıdır.

“Bu, öz xalqının onun haqqında başqa ölkələr kontekstində heç bir yaxşı qərar vermədiyini söyləyən prezident Baydenə də aiddir”,-deyə Tramp vurğulayıb.

Trampın sözlərinə görə, qlobal münaqişə təhlükəsi həmişəkindən daha böyükdür.

Yeganə