ABŞ prezidenti Donald Tramp Qəzzada uşaqların aclıq çəkdiyini və bunu bütün dünyanın gördüyünü, lakin planlaşdırılan qida paylama məntəqələrinin İsrailin nəzarətində olacağını bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Tramp Şotlandiya səfərindən sonra Vaşinqtona qayıdan təyyarəsində jurnalistlərlə cari hadisələri dəyərləndirib.
Həyat yoldaşı Melaniya Trampdan Qəzzada ölən uşaqların fotolarını görüb-görmədiyini soruşduqda Tramp, “O da bunun dəhşətli olduğunu düşünür. O, gördüyünüz şəkilləri, hamımızın gördüyümüz şəkilləri görür. Kimsə dəli olmasa, bu uşaqları görəndə dəhşətli olduğunu deməyə bilməz. Onlar acından ölən uşaqlardır” dedi.
Tramp Qəzzada anaların ağır vəziyyətinə də diqqət çəkərək, “Anaları (Qəzzada) görürsən. Onlar uşaqlarını çox sevirlər, amma deyəsən, əllərindən gələn bir şey yoxdur. Onlara yemək tapmalıdırlar” deyib.
İsrail ərzaq yardımı paylayacaq
Qəzzada aclıq problemini qəbul edən Tramp Qəzzaya göndərilən yardımın İsrailin nəzarəti altında paylanacağını bildirib.
Tramp Qəzzaya ərzaq yardımı üçün 60 milyon dollar göndərəcəklərini açıqlayıb və orada ərzaq yardımının paylanması üçün yeni mərkəzlərin yaradılacağını qeyd edib. “İsrail bu qida mərkəzlərinə baxır”, – Tramp bildirib. “Biz düşünürük ki, onlar yaxşı iş görə bilərlər. Onlar da eyni şeyi etmək istəyirlər; yemək mərkəzlərini izləmək və idarə etmək istəyirlər.”
Şayəstə Hüseynova


















