“Report” xəbər verir ki, bu barədə Tramp “The New York Post”a bildirib.
“Aydınlaşdıracağıq görək nə baş verib. Bu hadisə mənim xoşuma gəlmir, baş verənlərlə bağlı bizə hesabat verəcəklər”, – deyə ABŞ prezidenti bildirib.
O, əlavə edib ki, Almaniya kansleri Angela Merkel də müzakirələrə cəlb olunmalıdır.
“Məsələ ondadır ki, xəbərdarlıq siqnalı verilibmi? Xəbər veriblərmi ki, (Ukrayna gəmiləri) irəliləyirlər? Ona görə ki, mən belə başa düşürəm, onlarda xüsusi sistem var”, – deyə Tramp əlavə edib.
Silyanovska Davkova Şimali Makedoniyanın ilk qadın prezidenti oldu
Şimali Makedoniyada dünən keçirilən prezident seçkilərinin ikinci turunda və ümumi seçkilərdə səslərin 90 faizindən çoxu hesablanıb. Ana müxalifət olan Daxili...