ABŞ prezidenti Donald Tramp dəfələrlə bu ölkəni Amerikanın “51-ci ştatı”na çevirməklə hədələdikdən sonra Kanadanı işğal etməyəcəyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
“Mən bunun baş verəcəyini düşünmürəm!
Onların dəhşətli siyasətçiləri var. Üzümə nəzakətlə danışırlar, amma arxamca pis sözlər deyirlər.
Problem ondadır ki, hansısa oğlan sərhədi qeyd etmək üçün o düz xətt çəkib. Onu 50 mil daha şimala çəkməli idi, onda problem olmazdı.
Kanadalılar hələ də Böyük Britaniya kralını tanıyırmı? Yoxsa bunu dayandırdılar?”,-deyə Tramp əlavə edib.
Yeganə





















