ABŞ-ın keçmiş prezidenti Donald Tramp daşınmaz əmlak sənayesində fırıldaqçılıq ittihamı ilə mühakimə olunduğu 454 milyon dollarlıq iddiada aktivlərinə həbs qoyulmasının qarşısını almaq üçün tələb olunan 175 milyon dollar zəmanəti ödəyib.
Elchi.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp mühakimə olunduğu daşınmaz əmlak işində girov riskinə qarşı 175 milyon dollar zəmanət ödəyib.
Müvafiq olaraq, sözügedən işdə Tramp 175 milyon dollar zəmanət ödəməklə aktivlərinin müsadirə olunma riskini aradan qaldırıb.
Məhkəmə işin Trampın xeyrinə yekunlaşacağı təqdirdə 175 milyon dollar depozitin geri qaytarılacağını açıqlayıb.
Trampın vəkillərindən Alina Habba, “Prezident Tramp söz verdiyi kimi ödənişi etdi. O, bu ədalətsiz qərarın etibarsız sayılmasını və apellyasiya şikayətində hüquqlarını müdafiə etməyi səbirsizliklə gözləyir” açıqlama verib.
Şayəstə Hüseynova