ABŞ-ın keçmiş prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinə simpatiyasını etiraf edib, lakin Çinlə iqtisadi gərginliyi daha da gücləndirməklə hədələyib.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tramp prezident olacağı təqdirdə Çindən idxal olunan mallara rüsumları 60%-dən çox artırmağı planlaşdırır.
“Çinin yaxşı olmasını istəyirəm. Mən prezident Si Cinpini çox bəyənirəm, o, mənim prezidentliyim zamanı çox yaxşı dostum olub”, – Tramp bildirib.
Amerikanın eks-prezidenti onunla yaxşı anlaşdığını qeyd edib. Lakin o, əmin deyil ki, Si Trampın dövlət başçısı kimi bütün hərəkətlərini bəyənib.
Mənbə bildirib ki, Tramp əvvəllər də Çin liderini tərifləyib. Keçən il o, Çin liderini ağıllı və ölkəni “dəmir yumruq”la idarə edən adam adlandırıb.
Yeganə