ABŞ prezidenti Co Bayden bu ilin noyabrına təyin edilmiş prezident seçkilərinə “qaça bilər”.
Elchi.az xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp deyib.
Joe Biden ABŞ-ın ən yaşlı prezidentidir, noyabrın 20-də 81 yaşı tamam olur. Seçkidə qalib gəlsə, vəzifəyə başlayanda 82, ikinci səlahiyyət müddətini başa vuranda isə 86 yaşı olacaq.
ABŞ-da keçirilən sorğulara görə, amerikalıların təxminən 70%-i hazırkı ABŞ liderini ikinci müddətə namizəd olmaq üçün çox yaşlı hesab edir. Eyni zamanda, respondentlərin 62%-i onun fiziki vəziyyətini, 64%-i isə psixi vəziyyətini mənfi qiymətləndirir. Baydenin özü də yaşını təcrübə sübutu hesab edir və səhhətində problemlərin olmamasında israrlıdır.
Nuranə Məmmədova